Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bəzi yollarda “svetofor”lara dəyişiklik edildi

Bakı Nəqliyyat Agentliyi tərəfindən mütəmadi olaraq nəqliyyat axınının idarə olunması, sıxlıqların aradan qaldırılması məqsədilə svetoforların vaxt planlarının təhlili və nəqliyyat axınına uyğun olaraq dəyişdirilməsi işləri həyata keçirilir...

PİA.az xəbər verir ki, bu çərçivədə, vətəndaşların da müraciətləri nəzərə alınmaqla daha 4 ərazi üzrə araşdırmalar aparılıb və müvafiq dəyişikliklər icra edilib.

1. Ziya Bunyadov prospektinin Atatürk prospekti ilə kəsişməsində əlavə daimi sağ dönmə bölməsi quraşdırılıb;

2. Süleyman Sani Axundov küçəsinin Şövkət Məmmədova küçələrinin kəsişməsində əlavə daimi sağ dönmə bölməsi quraşdırılıb;

3. Həsən bəy Zərdabi küçəsinin İsmayıl Talıblı küçəsi ilə kəsişməsində svetoforun vaxt planına dəyişiklik edilib;

4. İlqar Əhlimanov və Elman Qasımov küçələrinin kəsişmələrində əlavə sağ dönmə bölməsi çıxarılıb.

İlkin müşahidələrə əsasən, qeyd edilən dəyişikliklər qeyd edilən yol kəsişmələrində nəqliyyat şəraitinin yaxşılaşmasına səbəb olub, nəqliyyat növbəsinin uzunluğu 50-80%-ə qədər azalıb.

pia.az


Etiket: svetaforlar


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Ən çox oxunanalar