Çərşənbə axşamı, 25 Fevral 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+10 ° Baku
+6 ° Quba
+6 ° Qusar
+13 ° Gəncə
+13 ° Lənkəran
+12 ° Naxçıvan
+13 ° Salyan
+11 ° Şəki

Azərbaycan Prezidenti: “Regionda qeyri-sabitlik əsas kabusdur”

"Ölkədə bizim daxili risklərimiz yoxdur"...

“Düşünürəm ki, xüsusən regional vəziyyəti və yeni yaranmaqda olan münaqişə zonalarını nəzərə alaraq hazırda ən vacib olan məsələ regional sabitlikdir. Ölkədə bizim daxili risklərimiz yoxdur, istər siyasi risklər olsun, istər iqtisadi. Ölkə sabitdir, inkişaf davamlıdır”.

APA xəbər verir ki, bunu Prezident İlham Əliyev yanvarın 22-də Davos Dünya İqtisadi Forumu çərçivəsində "Strateji baxış: Avrasiya" mövzusunda keçirilən panel iclasında iştirakı zamanı moderatorun suallarını cavablandırarkən deyib.

Azərbaycan Prezidenti qeyd edib ki, bizim həyata keçirilməkdə olan və xalqımız üçün böyük imkanlar yaradan çox geniş islahatlar gündəliyimiz var: “Ən böyük narahatlıq və əsas potensial kabus sərhədlərimizin xaricində gərginliyin artması olardı. Bunun üçün biz məsuliyyət daşımırıq. Təəssüf ki, biz bu prosesə tam olaraq təsir edə bilmərik. Məsuliyyəti bu kövrək sabitliyin daha da sarsılmaması üçün öz aralarında müəyyən məsələlərlə bağlı razılığa gəlməli olan super qüvvələr, super güclər daşıyacaq”.

Dövlət başçısı bildirib ki, bu gərginlikləri sərhədlərimizin yaxınlığında görürük: “Biz Əfqanıstanda gərginlikləri görürük, biz orada həll edilməmiş vəziyyəti görürük. Biz özümüz Ermənistan tərəfindən işğala məruz qalmışıq və bu, daimi təhdid mənbəyidir. Ərazilərimizin demək olar ki, 20 faizi beynəlxalq hüquq normaları və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə zidd olaraq Ermənistanın işğalı altındadır. Biz ABŞ-İran münasibətlərində gərginliyin kəskinləşməsinin şahidi oluruq. Regionda artıq baş qaldırmaqda olan bir çox qaynar nöqtələr potensial təhdidlərdir. Ona görə də biz sərhədlərimizin xaricində təhlükəsizliyin və müəyyənliyin olmasında çox maraqlıyıq. Çünki hətta Azərbaycandan kənarda olan iqtisadi çətinliklər bizim iqtisadi və sosial vəziyyətimizə təsir edə bilər. Buna görə də düşünürəm ki, regionda sabitliklə bağlı vəziyyət bizi narahat edən əsas məsələdir və belə deyə bilərəmsə, regionda qeyri-sabitlik əsas kabusdur”.

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627

Etiket: İlham Əliyev


Digərxəbərlər

Yardımlıda DTX-nı gözləyirlər: “Bizi Mahir Mirzəyev zülmündən xilas edin”

"Azərbaycanda koronavirus yayılıb" xəbərini yayan həkim həbs olundu

Populyar xəbərlər

Həbs edilən məmur icra başçısının əleyhinə ifadə verib

20-yə yaxın icra başçısı yola salınacaq – Həbslər, istefalar…

"Şəhidin nəşi döyüş bölgəsində qalıb" - Atışma davam edir

İrandan Azərbaycana gələn daha iki nəfər xəstəxanaya yerləşdirildi - Yenilənib

İdlibdəki cihadçıların lideri: “Bizim müharibəmiz bölgədəki bütün sünnilərin müharibəsidir”

İqtisadiyyat Nazirliyinin səlahiyyəti artırıldı

Nazirlər Kabineti koronavirusla bağlı əhaliyə müraciət etdi

Kürdəmirdə ana və körpənin müəmmalı ölümünün təfərrüatı

Paşinyandan Xankəndində növbəti sərsəm bəyanat

AzTV-nin gənc aparıcısı sədr müavini təyin olundu

Məzahir Pənahov seçkiyə görə kimlərin cəzalandırılacağını açıqladı

"Yenidən sədr seçilməyini təbrik edirəm əziz ATA!.."- Vasif Talıbova oğlundan təbrik

loading...

Ən çox oxunanalar