Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İlham Əliyev: Yenilənmiş Milli Məclis Azərbaycanda aparılan islahatların vacib hissəsi olacaq

Azərbaycanda fevralın 9-na təyin olunan növbədənkənar parlament seçkilərinin nəticələri əsasında formalaşdırılacaq Milli Məclisin yeni tərkibi ölkədə aparılan sosial-iqtisadi islahatların vacib hissəsi olacaq...

 

Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə günü Davosda Dünya İqtisadi Forumunun “Strateji baxış: Avrasiya” konfransında bildirib.

“Yaxın aylarda biz əhaliyə etimad göstərdikləri şəxsləri seçmək imkanı vermək üçün növbədənkənar parlament seçkiləri keçirəcəyik. Parlament isə seçkilərdən sonra islahatların çox vacib hissəsi olacaq”, - dövlət başçısı qeyd edib.

Prezidentin sözlərinə görə, Azərbaycanda aparılan islahatlar çərçivəsində ölkə hökumətinin tərkibi əhəmiyyətli dərəcədə yenilənib.

“Hökumətin tərkibi dəyişdirildi. Hökumətdə yeni insanlar meydana çıxdı. Bunlar müasir baxışları olan yüksək təhsilli gənclərdir. Dəfələrlə demişəm ki, XXI əsrdə uğur yalnız XX əsrin baxışlarına köklənməməklə mümkündür. Buna görə yeni insanlar təkcə hökumətdə deyil, həm də Prezident Administrasiyasında lazımdır. Burada da böyük dəyişikliklər baş verdi”, - İ.Əliyev bildirib.

Prezident Azərbaycanın qonşu ölkələrə qarşı dostluq siyasəti yürütdüyünü vurğulayıb.

“Ancaq milli maraqlar bizim üçün hər şeydən üstündür. Siyasi-iqtisadi sahədə çox ciddi islahatlar aparmağa nail olduq. Əldə etdiyimiz nailiyyətlər Dünya İqtisadi Forumunun qiymətləndirmələrində və Davos Forumunun işində öz əksini tapıb. Biz infrastruktur, yolların keyfiyyəti sahəsində çox şey əldə etdik - bu göstərici ilə dünyada 27-ci yerdəyik”, - dövlət başçısı deyib.(oxu.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar