Bazar, 05 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Senat Trampın impiçmenti ilə bağlı məhkəmə qaydalarını təsdiq edib

ABŞ Senatı Prezident Donald Trampın impiçmenti ilə bağlı məhkəmə qaydalarını təsdiqləyib...

Senat Trampın impiçmenti ilə bağlı məhkəmə qaydalarını təsdiq edib.

APA-nın "Wall Street Journal"a istinadən verdiyi xəbərə görə, Senatda respublikaçıların lideri Mitç MakKonelin təklif etdiyi qaydalar qəbul olunub.

Respublikaçı MakKonelin təqdim etdiyi qaydalar 53 respublikaçının dəstəyini alıb, demokratların 47 təmsilçisi isə bu qaydaların əleyhinə səs verib.

Qeyd edək ki, impiçmentlə bağlı məhkəmənin necə aparılacağına dair respublikaçıların Senatdakı lideri Mitç MakKonel və onun demokrat həmkarı Çak Şumer qaydalar təqdim edib.

Respublikaçıların lideri məhkəmə prosesinin qısa zamanda keçirilməsi və bəraət təklif edir. MakKonelin ilkin təklifinə əsasən hər iki tərəfə (Respublikaçılar və Demokratlar) çıxışlar üçün iki gün verilirdi, lakin demokratların kəskin etirazından sonra MakKonel dinləmələr üçün hər iki tərəfə üç gün verilməsi ilə bağlı düzəliş edib. O, həmçinin D. Trampa qarşı Nümayəndələr Palatasının topladığı dəlillərin məhkəmədə istifadəsinə etiraz edəcəyini bildirsə də, iclasda bu təklifindən imtina edib.

Digər qaydalara əsasən, isə proses zamanı "Twitter"dən istifadəyə icazə verilmir və kənar materialların otağa gətirilməsi qadağandır. Dinləmələr zamanı senatorların yanında oturanlarla danışmasına da icazə verilmir.

pia.az


Etiket: Tramp impiçment


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Green card” müraciətlərinin nəticələri açıqlandı - Yenilənib

Şəkidə qətl hadisəsinin təfərrüatları məlum olub - Yenilənib

İlham Əliyevdən Xankəndi ilə bağlı sərəncam 

İsa Qəmbər yenidən Müsavat Partiyasının başqanı seçilib

Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - Yenilənib

Azərbaycanda ilin ortalarında büdcə proqnozlarına yenidən baxıla bilər

Əhmədbəyli-Füzuli-Şuşa yolunun son görüntüləri - Video

"Yelo Bank"dan şikayət: "Əsəbinizi korlamaq istəmirsizsə, bu bankdan uzaq durun" 

FIFA prezidenti futbol qaydalarında daha bir dəyişiklik etməyə hazırlaşır

Ən çox oxunanalar