Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bu gün bürcünüz sizə nələr vəd edir

Dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edirik...

Qoç - uğursuz gündür. Emosional fon sabit deyil, bir çoxları aqressiv davranışa meyllidirlər. Hisslərini cilovlamağa yalnız kənar tendensiyaların təsirinə qeyri-həssas adamlar nail olacaqlar.

Buğa - əlverişsiz mərhələ davam edir. Mənfi tendensiyaların təsirini yumşatmağın yolları barədə düşünməyin vaxtıdır. Ulduzlar cari işlərdən daha qlobal məsələlərə keçməyi məsləhət görürlər: planlar nə qədər möhtəşəm, hədəflər nə qədər yüksək olsa, o qədər yaxşıdır.

Əkizlər - elə bir təklif almağınız mümkündür ki, onu qəbul etməklə həyatanınız köklü şəkildə dəyişə bilər. Bu, bir çox Əkizlər üçün dalandan çıxış yolu olacaq.
İntuisiyanıza yox, sağlam düşüncəyə üstünlük verməyiniz tövsiyə olunur. Əgər nəyisə məntiqlə izah edə bilmirsinizsə, suallar verin, özünüzdən nəsə uydurmağa çalışmayın.

Xərçəng - ən yaxşısı bu gün yeni nəyəsə başlamamaqdır. Əgər işlər təxirə salınmamalıdırsa, çox ehtiyatlı olun. Bu gün ətrafdakılarla fikir ayrılıqları yarana bilər. Həyatdan narazılıq sizi düşünülməmiş addımlara vadar edə bilər. Nəsə vacib bir şeyi unutmaq və ya itirmək təhlükəsi var.

Şir - neqativ tendensiyalar güclüdür. İnsanlar qeyri-obyektiv mülahizələrə, səbirsizliyə və hövsələsizliyə meyllidirlər. Sağlam düşüncəyə zidd olsa belə, hər kəs öz mövqeyində israr etməyə çalışır.

Qız - bütün qarşıdurma və münaqişələr kəskinləşəcək, ailə münasibətləri korlanacaq. Maliyyə mənzərəsi əlverişsizdir. Bu gün sövdələşmələrə getmək, iri bazarlıqlar etmək tövsiyə olunmur. Bundan başqa, təmirə başlamaq, başqa yerə köçmək və daşınmaz əmlakla bağlı sənədləri imzalamaq olmaz.

Tərəzi - gün çox sakit keçəcək. Gözlənilməzliklər planlarınızı pozmayacaq. Çoxdandır əliniz qalxmayan işlərlə məşğul ola bilərsiniz. Dostların əhatəsində istirahət sevinc bəxş edəcək. Yaxınlarınız ideyalarınızı bəyənəcəklər. Əgər təşəbbüs göstərsəniz, dəstək qazanacaq.

Əqrəb - inadkarlıq nümayiş etdirməklə istədiyiniz hər şeyə nail ola bilərsiniz. Bir çox Əqrəbləri bu gün şəxsi xarakterli xoş sürprizlər gözləyir. Bürcün bir sıra nümayəndələri evlənməyə qərar verəcəklər və buna görə peşman olmayacaqlar.

Oxatan - sövdələşmələr və kommersiya fəaliyyəti üçün əlverişli gündür. Qadınlarla işləmək tövsiyə olunur: onlarla razılığa gəlmək daha asandır. Gün istənlən irimiqyaslı layihələr, o cümlədən başqa yerə köçmək və ya tikinti üçün münasibdir.

Oğlaq - Özünüzü qoruyun. Bu gün xəsarət və xəstəlik təhlükəsi var, xroniki xəstəliklərin kəskinləşməsi mümkündür. Əsassız xərclərdən uzaq durun. Tezliklə pul sizin üçün daha vacib və lazımlı şeylərə lazım olacaq.

Dolça - uğursuz gündür. Siz öz ambisiyalarınız və xırda arzularınıza uyğun hərəkət edirsiniz. Bir çox Dolçalar sonradan peşman olacaqları hərəkətlərə yol verəcəklər. Sizin üçün şirnikdirici şeylərə müqavimət göstərmək çətindir. Kələk gəlməyi və intriqa yaratmağı bacaran adamlara isə sizi idarət etmək çox asandır.

Balıqlar - asanından tutmuş çətininə qədər müxtəlif məsələlərin həlli üçün əlverişli gündür. Bütün çətinliklərin öhdəsində gələ biləcəksiniz. Üstəlik, seçdiyiniz üsullar səy tələb etməyəcək. Həmkarlarınız və partnyorlarınızla fikir ayrılıqları mümkündür. Lakin hamı sizin nöqteyi-nəzərinizin düzgün olduğunu qəbul edəcək. Sadəcə olaraq, bunun geci-tezi var.
Həyat potensialı yüksəkdir. Siz enerji ilə dolusunuz və özünüzü yaxşı hiss edirsiniz. Fiziki işlə məşğul olmaq, idman yarışlarında iştirak etmək olar. Bəzi Balıqlar olduqca əyləncəli romantik macəra gözləyir.(Milli.Az)

pia.az

 


Etiket: ulduz falı

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Ən çox oxunanalar