Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yasamalda yeni yolun tikintisi davam edir - Video

Bakı Dairəvi avtomobil yolunu Yeni Yasamal yaşayış massivi ilə, daha dəqiqi Dadaş Bünyadzadə küçəsi ilə birləşdirən yeni bağlantı yolundan tikinti işləri davam edir...

Tikintisi sürətlə aparılan yeni yolun uzunluğu 1.2 km təşkil edir. Yol 2 hərəkət zolaqlı olmaqla inşa edilir. Yol yatağının eni 10 metr, hərəkət hissəsinin eni isə 6 metrdir.

PİA.az Real TV-yə istinadən xəbər verir ki, tikinti layihəsinə uyğun olaraq 700 m-lik ərazidə yeni yol yatağı inşa olunub, yolun profilə salınması üçün müvafiq işlər görülüb. Daha sonra layihədə nəzərdə tutulan qalınlıqda yol əsası salınıb. Optimal tərkibli qum-çınqıl qarışığından alt və qum-qırmadaş qarışığından üst layının inşası işləri aparılıb.

Növbəti mərhələdə 2 laydan ibarət asfalt-beton örtüyünün döşənməsi işlərinə başlanılıb ki, bu işlər də sürətlə davam etdirilir. Yolun qalan 500 m-lik hissəsində də mövcud örtüyün sökülərək yenisi ilə əvəzlənməsi nəzərdə tutulur.

Bundan başqa yeni yolu kənarı ilə vətəndaşların normal və təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə hər bir istiqamət üzrə 1.8 metr enində yeni piyada səkiləri inşa edilir, kənarlarına 3500 p/metr yeni səki daşı düzülür.

Layihənin sonuncu mərhələsində 4 nöqtədə cibli avtobus dayanacağının yaradılması, yol boyu yol nişanları və göstərici lövhələr quraşdırılması, yolun üfiqi nişanlanma xətlərinin çəkilməsi, həmçinin işıqlandırma sisteminin yaradılması nəzərdə tutulub.

Yeni yol bağlantısının yaradılması üçün aparılan tikinti işlərinin yaxın aylar ərzində yekunlaşdırılması planlaşdırılır.

pia.az


Etiket: Yeni Yasamal

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ən çox oxunanalar