Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Asiman Qurbanlı Şengen vizasına görə yarışdan kənar qalıb

Karate millimizin aparıcı üzvlərindən olan Asiman Qurbanlının Fransanın paytaxtı Parisdə keçiriləcək Premyer Liqa yarışına yollana bilməməsinin səbəbinə aydınlıq gəlib...

Oxu.Az-ın əldə etdiyi xəbərə görə, ötən il Belarusun paytaxtı Minskdə baş tutmuş II Avropa Oyunlarının qalibi olan karateçimiz Şengen vizası açdıra bilməyib. Belə ki, Fransanın Bakıdakı səfirliyi +84 kq-da çıxış edən idmançımıza məlum olmayan səbəbdən viza açmaqdan imtina edib.

Digər karateçimiz Şahin Atamov üçün isə əvvəlcədən viza üçün səfirliyə müraciət edilməyib deyə, bu çəkidə idmançımız mübarizə aparmayacaq.

Həmçinin qadın karateçilərimizdən İlahə Qasımova və Fəridə Abiyevanın millimizlə yarışa aparılan heyətdə yer almaması da təsadüfi deyil. Hər iki karateçi son yarışlarda uğursuz nəticələri ilə yadda qaldıqlarından, federasiya artıq xərc çəkib onları yarışa aparmaq istəməyib. Çünki bu idmançıların Tokio Olimpiya Oyunlarına lisenziya qazanmaq şansları olduqca azdır.

Bununla belə, əldə etdiyimiz son məlumata görə, 2015-ci ildə Bakıda keçirilmiş I Avropa Oyunlarının bürünc mükafatçısı İlahə Qasımova şəxsi kolleksiyasında medal sayını artırmaq üçün yarışda iştirak edəcək. O, Parisə federasiya yox, öz hesabına gələcək.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Bakıda 13 yaşlı oğlan internat məktəbindən qaçaraq atasını axtarır

Ən çox oxunanalar