Bu barədə Xızı Rayon Polis Şöbəsindən məlumat verilib...
İtkin düşən 1993-cü il təvəllüdlü İsayeva Əfsanə Cəmil qızı, 9 yaşlı qızı Nurcan, 8 yaşlı oğlu Nurlan və 1 yaşlı oğlu Sərxan İsayev Bakıda tapılaraq Xızı RPŞ-yə gətirilib. Müvafiq sənədləşmə aparıldıqdan sonra ana və övladları yaxınlarına təhvil veriləcək.
Qeyd edək ki, ana və 3 övladı yanvar ayının 17-də itkin düşmüşdü. (APA)
pia.az