Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Beşqat dünya çempionu bəraət alıb

Binəqədi Rayon Məhkəməsində kikboks üzrə 5 qat dünya çempionu Ehram Məcidovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb...

Hakim Fərid Əmirəliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə E.Məcidova bəraət hökmü verilib.

Hökmdən narazı qalan dövlət ittihamçısı Zaur Əfəndiyev apellyasiya protesti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. Məhkəmənin ilkin baxış iclası yanvarın 24-nə təyin edilib.

Qeyd edək ki, E.Məcidov "Neftçi” İSM-də kikboks bölməsinin baş məşqçisi olub. Qayınatası Bəhruz Dilbaziyə xəsarət yetirməkdə təqsirləndirilən E.Məcidov Cinayət Məcəlləsinin 126.2.4-cü (qəsdən sağlamlığa ağır zərər vurma ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə törədildikdə) və 228-ci (soyuq silah gəzdirmə) maddələri ilə ittiham edilirdi.

Bakı Ağır Cinayətlər Məhkəməsi E.Məcidova soyuq silah gəzdirmə əməli üzrə bəraət verib, xuliqanlıq və qəsdən ağır xəsarət yetirməyə görə 3 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası çıxarıb.

Xatırladaq ki, E.Məcidovun cinayət işinə baxılan zaman onun barəsində daha bir cinayət işi başlanılıb. Ona Cinayət Məcəlləsinin 32.4, 313-cü (vəzifə saxtakarlığı, ələ alma) və 294.1-ci (sübutları saxtalaşdırma, mülki iş üzrə işdə iştirak edən şəxs və ya onun nümayəndəsi tərəfindən sübutların saxtalaşdırılması) maddələri ilə ittiham elan olunub. (Report)

pia.az


Etiket: Ehram Məcidov

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar