Suriyanın Hələb şəhərinin Yeni Hələb və Əl-Zəhra yaşayış məntəqələri terrorçular tərəfindən raket atəşinə tutulub...
“Report” SANA-ya istinadən xəbər verir ki, nəticədə iki qadın və bir uşaq ölüb, üç nəfər isə yaralanıb.
Bildirilib ki, “Ən-Nusra Cəbhəsi” terror təşkilatının üzvləri mülki əhalinin Hələb və İdlib yaxınlığında humanitar dəhlizlər vasitəsilə təhlükəli bölgədən çıxmasına yol vermir.
pia.az