Çərşənbə axşamı, 07 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ötən il əhali arasında üstünlük təşkil edən xəstəliklər açıqlanıb

Ötən il qeydə alınmış xəstəliklər arasında tənəffüs, əsəb sistemi və hissiyyat orqanlarının, həzm orqanlarının, qan dövranı sisteminin, sidik-cinsiyyət sisteminin xəstəlikləri, eləcə də qan, qanyaradıcı orqanların xəstəlikləri üstünlük təşkil edib...

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, yoluxucu xəstəliklərin profilaktikası, bu xəstəliklər səbəbindən əlilliyin azaldılması və qarşısının alınması işində uşaqların yeni təqvim əsasında vaxtında müasir vaksinlərlə peyvənd olunması xüsusi əhəmiyyət kəsb edir.

2019-cu ildə Azərbaycanda inkişaf etmiş Avropa ölkələrində olduğu kimi yoluxucu xəstəliklərdən qorunması məqsədilə uşaqlara 11 xəstəliyə qarşı peyvənd edilib. Bütün bunların nəticəsində ayrı-ayrı yoluxucu xəstəliklərin azalmasına, bəzilərinin isə tam ləğv olunmasına nail olunub.

Səhiyyə Nazirliyinin məlumatına əsasən, ötən ilin yanvar-noyabr aylarında 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə ölkədə qonokokk infeksiyası ilə (45,5 faiz), hepatit B virusu ilə (29,4 faiz), hepatit C virusu ilə (19,8 faiz), sifilis ilə (13,5 faiz), su çiçəyi ilə (8,2 faiz), ağciyər vərəmi ilə (2,4 faiz) xəstələnmə halları azalıb.

Müqayisə olunan dövrdə əhalinin 100 min nəfərinə düşən xəstələnmə hallarının sayı qonokokk infeksiyası üzrə 45,8 faiz, hepatit B virusu üzrə 30,8 faiz, hepatit C virusu üzrə 18,2 faiz, sifilis üzrə 13,8 faiz, su çiçəyi üzrə 9,0 faiz, ağciyər vərəmi üzrə 3,2 faiz azalıb.

Kəskin poliomielit, epidemik parotit, məxmərək, anadangəlmə məxmərək sindromu, difteriya, yenidoğulmuşlarda tetanus, göyöskürək və malyariya xəstəlikləri qeydə alınmayıb. Bununla yanaşı qarayara, qoturluq, skarlatin, insanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə, bruselyoz ilə xəstələnənlərin sayında artım müşahidə olunur. 2007-ci ildən 2018-ci ilin dekabr ayınadək ölkədə qızılca xəstəliyi demək olar ki, qeydə alınmasa da, ötən ilin yanvar-noyabr aylarında bu xəstəliklə qeydə alınmış xəstələrin sayı 281 nəfər olub.

pia.az


Etiket: xəstəlik


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ədalət Şükürov həyat yoldaşı ilə birgə - Foto

Almaniya Rusiyadakı səfirini geri çağırdığını təsdiqləyib - Yenilənib

DYP-nin “yol tənzimləmələri” və sürücülərin müsibətləri...

Bakıda həkim qadının bıçaqlanması ilə bağlı bəzi təfərrüat

Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş

Əhməd Cavadın nəticəsi: “Stalinin kim olduğunu soruşanda nənəm dedi ki, onun adını çəkmə!”

ABŞ səfiri: Mən bu gün Şuşada olmaqdan xoşbəxtəm - Video

“Gömrükçü” külli miqdarda pulu mənimsədi: Həbs edildi

Yeni Rusiya imperiyasının qaçılmaz süqutu - İmperiyanın məhvinə rəhbərlik edən isə Putindir...

Dünyada İT-yə xərclənən vəsait 5 trilyon dolları keçəcək

Ən çox oxunanalar