Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Davos Forumu: Bu il dünya iqtisadiyyatında təlatümlər gözlənilirmi?

Yanvarın 24-dək davam edəcək iclasın başlıca mövzusu maraqlı tərəflərin kapitalizmi (stakeholder capitalism) olacaq...

İqtisadçı-ekspert: “Davos Forumu dünya iqtisadiyyatının hansı yöndə inkişaf edəcəyini, hansı problemlərin daha aktual olacağını, problemlərin həlli üçün hansı addımların atılmasının daha vacib olduğu tipli qlobal məsələlərin müzakirə mərkəzidir”.

“Builki Davos Forumunda mənim əsas gözlədiyim bir məsələ var. Bu məsələ dünya iqtisadiyyatında faydalı qazıntılardan, əsasən də neftdən asılılığın azaldılması yönündə hansı addımların atılması ilə bağlı gözlənilən ciddi paneldir”.

Bu sözləri iqtisadçı-ekspert Natiq Cəfərli bu ilki Dünya Forumunda müzakirə ediləcək məsələləri PİA.az-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi yanvarın 20-dən İsveçrənin Davos şəhərində Dünya İqtisadi Forumunun 50-ci iclası işinə başladı. Yanvarın 24-dək davam edəcək iclasın başlıca mövzusu maraqlı tərəflərin kapitalizmi (stakeholder capitalism) olacaq.

Görüş zamanı dünyanı əhatə edən iki təşəbbüs irəli sürüləcək. Bunlardan biri 1 milyard insana təlim keçməyi, digəri isə 1 milyard ağac əkməyi ehtiva edir. Həmçinin forum çərçivəsində “Avrasiya Strateji Perspektivləri” adlı sessiya keçiriləcək.

Forumda 117 ölkədən 3 minədək lider, o cümlədən 53 ölkənin dövlət və hökumət başçıları iştirak edəcək. Onların arasında ABŞ prezidenti Donald Tramp, Almaniya kansleri Angela Merkel, Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen və başqa rəhbər şəxsləri, Çin Dövlət Şurasının baş nazirinin müavini Han Jenq kimi nüfuzlu şəxslərin olacağı gözlənilir.

Forum öncəsi isə ABŞ-la Çin arasında ticarət anlaşmasının imzalanması dünya dövlətlərini bir az rahatladı. Buna baxmayaraq, Davosda bir qrup iqtisadi ekspertin dünyanı gözləyən növbəti iqtisadi böhran haqqında xəbərdarlıqları da müzakirə olunacaq.

Ümumilikdə builki Davos Forumundan gözləntilər nə ola bilər? Bu ildə ötən ildəki kimi dünya iqtisadiyyatında təlatümlər gözlənilirmi?

Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı iqtisadçı-ekspert Natiq Cəfərliyə müraziət edib.

Natiq Cəfərli: “Təhlükəsizlik və sabitlik məsələləri, əsasən də Orta Şərqdə, Ərəb ölkələrində baş verən regional müharibələrin hansı problemlərə gətirib çıxara biləcəyi ilə də bağlı məsələlər Davos Forumunda müzakirə olunacaq”.

Davos Forumunda baş verən müzakirələrin daha yaxından izlənməsi və bu trendlərin müəyyənləşməsinin hamı üçün faydalı olduğunu düşünən iqtisadçı-ekspert PİA.az-a açıqlamasında əlavə edib ki, Azərbaycan hökuməti də bu müzakirələrdən bir dərs çıxarmalıdır:

“Davos Forumu dünya iqtisadiyyatına yön verən əsas illik toplantılardan biri, bəlkə də birincisidir. Orada baş verən və müzakirə olunan məsələlər yaxın illərin trendlərini müəyyənləşdirir. Yəni Davos Forumu dünya iqtisadiyyatının hansı yöndə inkişaf edəcəyini, hansı problemlərin daha aktual olacağını, problemlərin həlli üçün hansı addımların atılmasının daha vacib olduğu tipli qlobal məsələlərin müzakirə mərkəzidir. Orada aparılan müzakirələr iş adamlarının, siyasətçilərin, dövlət və hökumət rəhbərlərinin iştirakı ilə keçirildiyindən dünya iqtisadiyyatında, ümumiyyətlə dünyanın gedişində mühum rol oynayan əsas amillərdən biridir.

Builki Davos Forumunda 3 əsas məsələ müzakirə obyekti olacaq:

1. Ekoloji məsələ öndə olacaq. Yəni dünya iqtisadiyyatında ekoloji məsələlərin həllində hansı addımların atılması öndə olacaq.

2. Davos Forumunda dünyada ticarət, valyuta müharibələrinin dünya iqtisadiyyatına mənfi təsir edib etməyəcəyi ilə bağlı məsələlər müzakirə olunacaq. Ümumiyyətlə bu məsələlərin hansı yöndə inkişaf etməsinin dünya iqtisadiyyatında yaradacağı problemlərlə bağlı ciddi müzakirələr, panellər olacaq.

3. Təhlükəsizlik və sabitlik məsələləri, əsasən də Orta Şərqdə, Ərəb ölkələrində baş verən regional müharibələrin hansı problemlərə gətirib çıxara biləcəyi ilə də bağlı məsələlər Davos Forumunda müzakirə olunacaq.

Natiq Cəfərli: “Avropa ölkələrindən bəziləri 2025-ci ildə, bəziləri isə 2030-cu ildə tamamilə daxili yanma mühərrikindən imtina etməyi düşünürlər və bununla bağlı qərarlar alınıb”.

Builki Davos Forumunda mənim əsas gözlədiyim bir məsələ var. Bu məsələ dünya iqtisadiyyatında faydalı qazıntılardan, əsasən də neftdən asılılığın azaldılması yönündə hansı addımların atılması ilə bağlı gözlənilən ciddi paneldir. Bu panel Davos Forumun açılışından iki gün sonra gözlənilir. Bu paneldə dünya iqtisadiyyatında daxili yanma mühərrikindən, neft məhsullarından istifadənin azaldılmasının həm ekologiya, həm də ümumiyyətlə gələcəkdə yeni texnologiyaların tətbiqinə hansı töhvələrin verilməsi yönündə müzakirələr olacaq. Avropa ölkələrindən bəziləri 2025-ci ildə, bəziləri isə 2030-cu ildə tamamilə daxili yanma mühərrikindən imtina etməyi düşünürlər və bununla bağlı qərarlar alınıb. Bunun əvəzinə bərpa olunan enerjidən, ekoloji daha təmiz enerjidən istifadə edilməsi gündəmdədir.

Bu məsələlərin müzkirəsi və trendlərin müəyyən edilməsi dünya iqtisadiyyatının gələcəyi ilə bağlı yön verəcək. Bunun da Azərbyacana dolayı təsirləri ola bilər. Çünki təəssüf ki, hələ də bizim əsas iqtisadi inkişafa səbəb olan amilimiz neft-qaz amilidir. Gələcəkdə neft istehlakının azaldılması neftin qiymətinə də mənfi təsir göstərə bilər. Yəni daha ucuz neft dövrünə qədəm qoya bilərik. Bu da Azərbaycan iqtisadiyyatına ciddi mənfi təsir göstərə bilər.

Buna görə də Davos Forumunda baş verən müzakirələrin daha yaxından izlənməsi və bu trendlərin müəyyənləşməsi hamımız üçün faydalıdır. Azərbaycan hökuməti də bu müzakirələrdən bir dərs çıxarmalıdır”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Ən çox oxunanalar