Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda zəngsiz məktəb - Pilləkənin altında daşı dəmirə vurub zəng çalırlar - Foto

Bu məktəb Sovetin sonuncu "yadigar”larından sayılır...

Bu məktəbin zəngi yoxdur, hər tənəffüs vaxtı bir nəfər pilləkənin altında daşı dəmirə vurub zəng çalır. Bu səs hər ötən il məktəbi bitirən şagirdlərin də "Son zəngi” kimi yadda qalır...

39 il öncə açılan bu məktəb Sovetin sonuncu "yadigar”larından sayılır. Söhbət Masallının Ərkivan qəsəbəsində yerləşən Cəfər Cabbarlı adına 1 saylı tam orta məktəbdən gedir.

1981-ci ildən fəaliyyət göstərən məktəb bir vaxtlar nəninki rayonun, həm də bölgənin qabaqcıl məktbələrindən olub.

"Sovet dövrü”ndə qalan məktəb...

Amma illər keçsə də, məktəbin təmiri elə "Sovetin dövründə qalıb”. Təmirsiz sinifləri, böyük akt zalı, bufet və labaratoriyaları sovet dövründə qaldığı kimi, istilik sistemi də köhnə "dədə-baba” üsulundadır, yəni buranı hələ də odun sobası ilə isidirlər.

"Soyuq olduğu üçün uşaqlar xəstələnir"

Ərkivan qəsəbəsi isə demək olar ki, tam olaraq qazla təmin olunub. Sadəcə, burada fəaliyyət göstərən məktəblər bu "quruculuq və inkişaf”dan geridə qalıblar.

Pəncərələri isə elə bir vəziyyətdədir ki, heç odun sobası ilə də qızdırmaq olmur: sınıq və ya heç olmayan şüşələr, qırılmış qapılar və çatlamış divarlar ilk baxışdan diqqət çəkir...

Valideynlər övladlarının tez-tez xəstələndiklərini və buna görə də dərsə davamlı gedə bilmədiklərini deyirlər.

"Odun üçün pul ayrılsa da, çatmır"

Məktəbin direktoru Mənijə Yəhyayeva bildirib ki, məktəbdə 24 sinif var: "Noyabr ayından ən azı mart ayına qədər siniflər isidilir. Bütün siniflərdə odun peçinin yanması üçün isə gün ərzində təqribi 4 kub metr odun istifadə olunur. Təhsil şöbəsindən odun almaq üçün müəyyən məbləğ pul ayırlsa da, məktəbin il ərzində odunla təmin olunmasına çatmır”.

Onun sözlərinə görə, məktəbin odunla təmin olunmasına valideynlər, həmçinin müəllimlər də kömək edir.

"Rayonumuzun imkanlı şəxsləri köməklərin əsirgəmir. Məsələn, bu il şirkətlərdən biri məktəbimizə taxta qırıntıları gətirdi. Təhsil şöbəsindən isə məktəblərə lazım olan qədər sobalar verilir”, - direktor deyir.

500-dən çox şagirdin oxuduğu məktəbin problemi bununla bitmir.

Məktəbin dəhlizləri rütubətli, tavanları uçuq-sökükdür. Akt zalı yararsız vəziyyətdə olduğu üçün bütün tədbirlər ya müəllimlər otağında, ya da məktəb həyətində keçirilir.

Məktəbin hər iki mərtəbəsində ayaqyolu olmasına baxmayaraq, yalnız birinci mərtəbədəki işlək vəziyyətdədir. Lakin o da bərbad vəziyyətdədir. Bu da infeksiya və xəstəliklərin əsas qaynağıdır.

Burada mərkəzləşdirilmiş işıqlandırma sistemi də yoxdur. Bəzi siniflərdə işıq olsa da, bəziləri qaranlığa məhkumdur.

Adı "ağ" olsa da, "qara” günə qalıb...

Uzun sözün qısası, rayonda "ağ məktəb” kimi tanınan C.Cabbarlı adına məktəb qara günə qalıb. Hər il kosmetoloji təmir olunub divarları müxtəlif rənglərə boyansa da, divarlardakı çatlar, sınıq şüşələr bununla düzəlmir.

"500-600 bal toplayan şagirdlər yetişdiririk"

Mənijə Yəhyayeva deyir ki, məktəbimiz təmirsiz olsa da, rayonun məktəblərindən geri qalmır: "Müəllimlərimiz 500-600 bal toplayan, respublika olimpiada və yarışlarında yer tutan, qızıl medala layiq görülən şagirdlər yetişdirir. Rayonda bizim məktəbdən də pis şəraitli məktəblər də var. Onlar təmir olunmamış, bizim məktəb də təmir olunmaz. Son illərdə rayonda bir neçə məktəb təmir olunub. Ümid edirik ki, yaxın illərdə bizim məktəb də təmir olunacaq”.

İcra Hakimiyyəti cavab vermir, Təhsil şöbəsi araşdıracağını deyir...

Problemlə bağlı Masallı Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlasaq da, mövzu ilə bağlı hər hansı bir münasibət öyrənə bilmədik.

Rayonun Təhsil Şöbəsindən isə bildirdilər ki, məsələ araşdırılandan sonra məlumat veriləcək. (Toplum.TV)

pia.az


Etiket: məktəb

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ən çox oxunanalar