Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bütün pullar bir ovuc adamın əlində cəmləşib…

Dünyada kasıblığa qarşı mübarizə aparan OXFAM təşkilatının yeni hesabatına görə varlılar getdikcə daha çox varlanır, kasıbların isə sayı artır

Təşkilatın hesabatına əsasən dünyada 2153 milyarder var və onların cəmi kapitalı dünya əhalisinin 60 faizinin, yəni 4.6 milyard adamın cəmi pulundan çoxdur. Dünyanın 22 ən varlı adamı isə Afrika qitəsinin bütün sakinlərindən daha çox kapitala malikdir.

Davos Forumu ərəfəsində açıqlanan hesabatda deyilir ki, son 10 ildə qlobal qeyri-bərabərlik daha da artıb və möhkəmlənib, milyarderlərin sayı isə iki dəfə artıb. OXFAM İndia regional təşkilatından Amitbah Behar deyib ki, varlılar və kasıblar arasında uçurumu düşünülmüş siyasət olmadan aradan qaldırmaq mümkün deyil. Onun sözlərinə görə, dünyada çox az hökumət bu uçurumu aradan qaldırmağa can atır.

Təşkilat hablə hesablayıb ki, planetin əhalisinin cəmi 1 faizi ifrat varlıdır və onların məcmu sərvəti 6.9 milyard insanın sərvətindən iki dəfə çoxdur. Təşkilatın ekspertləri qeyd edirlər ki, varlıların vergi yükünü 1 faiz artırmaqla cəmi 10 il ərzində 117 milyon yeni iş yeri açmağa, yaşlılara və uşaqlara sosial ödəmələr verməyə, təhsil və səhiyyə xərclərini artırmağa imkan verərdi.

Amitbah Behar deyir ki, dağıdılan iqtisadiyyatlar milyarderlərin və iri biznesin cibini doldurur. Sadə insanların hesabına bir ovuc adam durmadan varlanır.(virtualaz.org)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ən çox oxunanalar