Çərşənbə axşamı, 25 Fevral 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+10 ° Baku
+6 ° Quba
+6 ° Qusar
+13 ° Gəncə
+13 ° Lənkəran
+12 ° Naxçıvan
+13 ° Salyan
+11 ° Şəki

Şahzadə Henri İLK dəfə danışdı: “Başqa seçimim yox idi”

İngiltərə şahzadəsi Henri, xanımı Meqa Marklla birlikdə kral ailəsindəki səlahiyyətlərindən imtina etmələrindən sonra ilk dəfə açıqlama verib

Konkrert.az Türkiyə mediasına istinadla xəbər verir ki, bu barədə şahzadə Cənubi Afrikadakı AİDS xəstəsi olan uşaqlara yardım fondunun təşkil etdiyi konfransda çıxışı zamanı məlumat verib:

“Nənəmə hər zaman ən böyük hörmətimi göstərəcəyəm. Ona inanılmaz dərəcədə minnətdaram. Son aylar ailəmə, mənə və Meqana göstərdiyiniz dəstək üçün də minnətdaram”.

Çıxışı zamanı Henri hadisələrin bu cür cərəyan etməsinə və bu yerə qədər gəlib çıxmasına çox təəssüfləndiyini bildirib: “Həqiqəti məndən eşitməyinizi istəyirəm. Şahzadə və hersoq olaraq deyil, Henri olaraq danışıram. İngiltərə mənim evimdir. Bu əsla dəyişməyəcək”.

Başqa seçimlərinin olmadığını deyən Henri “Meqan və mən evləndikdən sonra həyəcanlandıq. Ümüdlüydük və xidmət etmək üçün burda idik. Bu, həyat yoldaşımla birlikdə verdiyim bir qərardır. Və çox asanlıqla qərar verməmişik. Aylarla davam edən görüşlərdən sonra axırda bu qərara gəldik. Hər zaman doğru şeylər etməmişəm, amma bu qərarımla əlaqədar olaraq bunları demək istəyirəm: həqiqətən başqa bir seçimimiz yox idi”.

Qeyd edək ki, İngiltərə şahzadəsi Henri və xanımı Meqan Markl kral ailəsinə məxsus səlahiyyətlərindən imtina etmələri ilə bağlı verdikləri açıqlamadan sonra Kraliça II Yelizabet cütlüyün qərarına hörmət etdiyini bildirərək onları dəstəkləyib.

pia.az

Hostimul.com
Paylaşılan hostinq, fiziki server, VPS və ya reseller hostinqa ehtiyacınız olarsa, təklif etdiyimiz hostinq xidmətləri ilə nəinki layihənizə uyğun bir hostinq məhsulu seçib, həm də veb-saytınızı lazımi qorunma ilə təmin edə bilərsiniz. Ətraflı məlumat üçün daxil olun: https://hostimul.com/az/hosting-azerbaycan/

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627

Etiket: Şahzadə Henri


loading...

Ən çox oxunanalar