Çərşənbə axşamı, 25 Fevral 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+10 ° Baku
+6 ° Quba
+6 ° Qusar
+13 ° Gəncə
+13 ° Lənkəran
+12 ° Naxçıvan
+13 ° Salyan
+11 ° Şəki

Qəbələdə adı “Qırmızı kitab”a düşən maralları satmaq istəyən şəxs saxlanılıb  

Qəbələdə adı “Qırmızı kitab”a düşən maralları satmaq istəyən şəxs tutulub

Daxili işlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən musavat.com-a "Report"a verilən məlumata görə, Qəbələ Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən daxil olmuş məlumat əsasında rayonun Vəndam qəsəbəsində keçirilən əməliyyat tədbirləri nəticəsində Zaqatala rayon sakini Hacıömər Abbasovun idarə etdiyi “İveco” markalı yük avtomobili saxlanılıb.

Avtomobilin yük yerinə baxış keçirilən zaman oradan adı Azərbaycan Respublikasının “Qırmızı kitabı”na düşən 2 baş maral aşkar edilib. Sürücü H.Abbasov şübhəli şəxs qismində saxlanılıb. O,ifadəsində həmin maralları Zaqataladan Qəbələ rayonuna satmaq məqsədilə gətirdiyini bildirib.

Polis əməkdaşları tərəfindən həmin marallar Şahdağ Milli Parkına təhvil verilib.

Faktla bağlı Qəbələ RPŞ-də araşdırma aparılır.

pia.az

Hostimul.com
Paylaşılan hostinq, fiziki server, VPS və ya reseller hostinqa ehtiyacınız olarsa, təklif etdiyimiz hostinq xidmətləri ilə nəinki layihənizə uyğun bir hostinq məhsulu seçib, həm də veb-saytınızı lazımi qorunma ilə təmin edə bilərsiniz. Ətraflı məlumat üçün daxil olun: https://hostimul.com/az/hosting-azerbaycan/

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627

Etiket: Maral


loading...

Ən çox oxunanalar