Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Analitik qrup 20 Yanvar faciəsinə az qalmış nələri proqnozlaşdırmışdı? - Keçmiş nazir açıqladı

1988-ci ildə Dağlıq Qarabağ münaqişəsinin araşdırılması ilə bağlı Qarabağ Təşkilat Komitəsi yaradılmışdı

Bu analitik qrupun nəzdində müxtəlif qurumlardan gələn insanlar fəaliyyət göstərirdi – Daxili İşlər Nazirliyi, Nazirlər Kabineti, partiya orqanları və sair.

Azərbaycanın keçmiş Xarici İşlər naziri Tofiq Zülfüqarov müsahibələrinin birində deyib ki, sonralar orada analitik qrupun yaradılması və onun işinin təmin edilməli olduğu barədə qərara gəlinib.

“Bir sözlə, Mərkəzi Komitənin nəzdində analitik qrup yaradıldı. Bu qrup cavan alimlərdən ibarət idi”, - deyə T.Zülfüqarov müsahibəsində demişdi.

Bu qrupa kompüter proqramı üzərində ictimai elmlərlə məşğul olan mütəxəssisləri cəlb edirdilər ki, xüsusi proqnozlaşdırma proqramı yaradılsın.

Görkəmli alim Rafiq Əliyev də süni intellekt üzrə mütəxəssis kimi burada təmsil olunub.

“Bu proqnozları kompüterin istifadəsi ilə yaratmaq üçün respublikada gedən ictimai-siyasi prosesləri analiz edən insanlar lazım idi”, - deyə T. Zülfüqarov bildirib.

20 Yanvar faciəsinin 30-cu ildönümündə T.Zülfüqarov həmin analitik qrupun fəaliyyəti ilə bağlı daha bir açıqlama ilə çıxış edib.

O bildirib ki, analitik qrup 1989-cu ilin sentyabrında mövcud vəziyyətlə bağlı növbəti proqnozunu hazırlamışdı.

Onun sözlərinə görə, analitik mərkəz proqnozlaşdırırdı ki, erməni əhalinin çox yaşadığı Bakı və Gəncədə etnik iğtişaşlar başlayacaq.

“Yanvarın 20-nə isə hələ 3.5 ay qalırdı…”, - deyə T.Zülfüqarov qeyd edib.(Oxu.Az)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Ən çox oxunanalar