Bazar, 23 Fevral 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+10 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+17 ° Gəncə
+14 ° Lənkəran
+9 ° Naxçıvan
+16 ° Salyan
+16 ° Şəki

Məzahir Pənahov: "Müəyyən şikayətlər var ki, Komissiyanın iclasına çıxarıla bilməz"

“Bu seçkilərdə şikayətlərin sayı müqayisəolunmaz dərəcədə azdır”...

Pravda.az-ın xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib.

O bildirib ki, ümumilikdə şikayətlərin sayında azalma müaşhidə edilir: "Müəyyən şikayətlər var ki, istəsək də Seçki Məcəlləsinin tələbinə görə, Komissiyanın iclasına çıxarıla bilməz. Hətta onlar daxil olmaqla şikayətlər 30-40-ı keçmir. Ona görə də ötən seçkilərlə müqayisədə deyə bilərəm ki, şikayətlərin sayı müqayisəolunmaz dərəcədə azdır. Bu da bizi sevindirir”.

Bu il rekord sayda namizədin qeydə alınması ilə bağlı isə MSK sədri bildirib ki, bu, insanların fəallığı ilə bağlıdır: "Mənim siyasi məsələlərə münasibət bildirmək hüququm olmadığı üçün geniş danışa bilmirəm. Baş verən hadisələr, cəmiyyətdəki dəyişikliklər hiss olunur ki, ictimaiyyət tərəfindən yaxşı qarşılanır. Görünür ki, insanlar artıq cəmiyyətdə baş verən dəyişikliklərə biganə yanaşmırlar. İctimaiyyət tərəfindən ölkədə baş verən proseslərə qarşı fəallıq hiss olunur".

pia.az

Hostimul.com
Paylaşılan hostinq, fiziki server, VPS və ya reseller hostinqa ehtiyacınız olarsa, təklif etdiyimiz hostinq xidmətləri ilə nəinki layihənizə uyğun bir hostinq məhsulu seçib, həm də veb-saytınızı lazımi qorunma ilə təmin edə bilərsiniz. Ətraflı məlumat üçün daxil olun: https://hostimul.com/az/hosting-azerbaycan/

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627


Şərh yazın.


loading...

Ən çox oxunanalar