Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vəkil olmaq missiyası...

Rauf Arifoğlu məhkəmə salonlarında mal-mülk, kəbin-talaq proseslərində vəkillik etməyib, o xalqın ən çətin və məsuliyyətli məqamlarında sözünü deyib...

Təlaşdadırlar. Məğlub olmanın qorxusundan yaranan paranoyadan ağızlarına gələni danışır,sağa-sola çamur atır, böhtan yağdırırlar. Əslində təbii prosesdir. Demokratik cəmiyyətlərdə,ən azından buna can atan ölkələrdə seçkilər xalqın iradəsini ortaya çıxartmaq üçün ən sivil vasitədir. Millətin məclisində təmsil olunmaq üçün yola çıxanların səsinə on minlər səs verməlidir. Bu səsi qazanmağa mənəvi haqqı çatmayanların bir yolu qalır-həm də axırıncı yolu!

Rauf Arifoğlunun başlatdığı seçki kompaniyası elə ilk mərhələsindən bir demokratiya məktəbidir. Bu həm də opponentlərinə sayğı, kişi kimi mübarizə aparmaq yoludur. Bu yolda qadınları tədbirlərə göndərib çığır-bağır saldırmaq yoxdur. Ümidi qırılanlar hətta Rauf Arifoğlunu klonlaşdırmağa da cəhd edirlər-guya bu yolla seçicini çaşdıracaqlar. Çaş-baş olanların gülünc mübarizə taktikası artıq hamıda ikrah hissi doğurur. Olanları budur, onu da ortaya çıxarırlar. Elə bu səbəbdən seçki həm də ağı qaradan seçmək üçün bir fürsətdir.

Uzun illər ölkə siyasətində boğazda qalan balıq sümüyü kimi bəlğəm gətirən,mövqeyi,siyasi mənsubiyyəti məlum olmayan, kimlərə vəkillik etdiyi bilinməyən birisi öz aləmində Rauf Arifoğlunu təftiş edib. “Onun Milli Məclisdə təmsil olunması parlament üçün qara ləkədir” deyən bu zatın ən azından qara ləkələrdən danışmağa mənəvi haqqının olmadığını onu az-çox tanıyanlar yaxşı bilirlər. Rauf Arifoğlunun bütün siyasi fəaliyyəti bu xalqın gözləri önündə olub. Çoxlarının evindən bayıra çıxmağa cəsarət etmədiyi dönəmlərdə o ön sıralarda idi. İndi klaviatura qəhrəmanına, Facebook cəngavərinə dönənlər türklər demiş kiçik dillərini udan zamanlarda Rauf bəy “Yeni Müsavat” adlı bir fenomeni yaradırdı, yaşadırdı. Onu özünün siyasi hoqqalarına alət edə bilməyənlər indi xəyanətdən danışırlar. Xəyanətin hər türünü sınaqdan keçirənlər üçün bu sözləri demək əlbəttə asandır. Azərbaycan siyasətində satqınlığın kitabını yazanların bu gün Rauf bəyi ittiham etməsi mənəvi deqredasiyanın ən kəskin formasıdır. Artıq siyasi arenada tükənən, son istifadə tarixi çoxdan keçən siyasi xadim(ə)lər axırıncı yol kimi bunu sınaqdan keçirirlər. Neyləsinlər, deyəsən satmağa bir şeyləri qalmayıb. Bədbəxtlər zamanında bədxərclik etməsəydilər indi belə rəzil duruma da düşməzdilər.

Hamının yerinə vəkillik etmək iddiasında olan sıradan bir “mürafiə vəkili”nin sözlərini ciddiyə almamaq da olardı. Amma seçki kimi həssas bir məqamda bu yolla özünə imic formalaşdırmaq istəyən birisinə meydanı boş buraxmaq da olmaz.

Rauf bəy bu millətin vəkili missiyasını illərdir ki, həyata keçirir. Özü də hansısa bir dairədən yox-bütün məmləkət çapından. Rauf bəy məhkəmə salonlarında mal-mülk, kəbin-talaq proseslərində vəkillik etməyib, o xalqın ən çətin və məsuliyyətli məqamlarında sinəsini irəli verərək sözünü deyib. Onun davası Azərbaycan,hakimi xalqdır! Zavallı, bu məhkəmədə vəkillik etmək sənin işin deyil...

“Özünə hörmət edən Rauf Arifoğluna səs verər?” deyən və dünyaya baxış bucağı cibinin ölçüsündən çox olmayan birisinin seçicilərin də yerinə vəkillik etməsi təəccüb doğurur. Məsləhət görərik ki, fevralın 9-na qədər səbr etsin. Rauf bəyin qələbəsindən sonra seçicilərin özünə necə hörmət etdiyinin şahidi olar. Biz də özümüzə, sözümüzə hörmət naminə “mürafiə vəkili”nin adını çəkmədik. Millət vəkilinin adının yanında yamaq olmasın deyə! (Rubrika.az)

pia.az

 


Etiket: Rauf Arifoğlu

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi açıldı - Yenilənib

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Ən çox oxunanalar