Cümə axşamı, 09 Aprel 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

20 Yanvar faciəsi ABŞ Konqresində yad olunub

ABŞ Konqresinin nüfuzlu üzvlərindən biri Stiv Şabot (Steve Chabot) bəyanatla çıxış edib...

16 yanvar 2020-ci il tarixində ABŞ Konqresinin nüfuzlu üzvlərindən biri Stiv Şabot (Steve Chabot) bəyanatla çıxış edərək, “Qara Yanvar” kimi tanınan Sovet İttifaqı tərəfindən törədilmiş qətliam zamanı həlak olmuş günahsız insanların xatirəsini yad edib və 30 illiyinin qeyd olunduğu 20 yanvarın Azərbaycanın müstəqilliyinin yenidən formalaşması tarixi kimi əhəmiyyətini vurğulayıb.

Azərbaycanın ABŞ-dakı səfirliyindən APA-ya verilən məlumata görə, konqresmen Stiv Şabot bəyanatında 1990-cı ilin 20 yanvar gecəsində 26 minlik sovet qoşunlarının Bakı və ətraf ərazilərə hücum etdiyini, “Qara Yanvar” kimi insanların və tarixin yaddaşına həkk olunan Sovet qəddarlığı nəticəsində 145-dən çox mülki əhalinin həlak olduğunu, 800-ə yaxın insanın yaralandığını və yüzlərlə insanın həbs olunduğunu diqqətə çatdırır.

Sovetlərin bu sərt tədbirinin məqsədinin Azərbaycanda formalaşmaqda olan müstəqillik hərəkatını boğmağa cəhd olmasına baxmayaraq, bunun Kommunist partiyasının idarəçiliyini və ümumilikdə Sovet İttifaqını qorumağa naçar cəhd kimi sübut edildiyi diqqətə çatdırılır və bildirilir ki, əslində bu Azərbaycan və digər respublikaların müstəqillik hərəkatlarına təkan vermişdir.

Məlumatda qeyd olunur ki, “Qara Yanvar” hadisələrindən sonra, Azərbaycan əhalisinin təzyiqləri nəticəsində Azərbaycan Parlamenti 1991-ci ilin 30 avqust tarixində Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin Bərpası haqqında Bəyannaməni, 18 oktyabr 1991-ci il tarixində isə Azərbaycan Respublikası Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktını təsdiq etmişdir.

Bəyanatda həmçinin məlumat verilir ki, 1991-ci ilin noyabr ayından etibarən Azərbaycanın müstəqilliyi tanınmağa başlanmış, gənc ölkənin müstəqilliyini tanıyan ilk ölkələrdən olan ABŞ 1992-ci ilin 28 fevral tarixində Azərbaycanla diplomatik münasibətlər qurmuşdur.

ABŞAzərbaycanın region üzrə ortaq maraq və məramlara malik olduğunu, ölkələrin xüsusilə enerji resurslarının inkişafı və təhlükəsizlik təhdidləri ilə mübarizə sahəsində əməkdaşlığını vurğulayan Stiv Şabot, digər Konqres üzvlərini Azərbaycanın bu faciəvi gününü yad etməyə çağırmışdır.

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627


Şərh yazın.


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Yeni dünya düzəni indikindən daha pis olacaq -Politoloq...

Sabiq nazir Heydər Əsədovun özünə və ailə üzvlərinə məxsus sərvət üzə çıxıb - Sənəd

Cəza sərtləşdirildi: Karantin rejimini pozanları 3 ilədək həbs gözləyir - Video

Yeni funksiyalar işə düşdü – Evdən çıxmaq istəyənlərin nəzərinə - Video

Bu şəxslərin icazəsi ləğv ediləcək – Sərt qərar

Kissincerin pandemiya və dünya nizamı haqqında düşüncələri...

Koronavirus Qərb sisteminə olan inamı sarsıtdı...

Şagirdi ilə intim münasibətdə olan 59 yaşlı müəllim həbs edildi

Karantin rejiminin müddəti uzadıla və tədbirlər sərtləşdirilə bilər

Koronavirusla bağlı mübahisəli məsələlər haqqında rəsmi açıqlama

loading...

Ən çox oxunanalar