Çərşənbə axşamı, 18 Fevral 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+10 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+17 ° Gəncə
+14 ° Lənkəran
+9 ° Naxçıvan
+16 ° Salyan
+16 ° Şəki

Yəməndə hərbi düşərgəyə hücum nəticəsində ölənlərin sayı 100 nəfərə çatıb - Yenilənib

“Ənsar Allah” hərəkatının (husilər) qüvvələri tərəfindən Yəmən ordusunun təlim düşərgəsinə atılmış raket zərbələri nəticəsində 100 hərbçi ölüb...

APA xəbər verir ki, bu barədə “Al Jazeera” telekanalı Yəmən XİN-ə istinadən məlumat yayıb.

Bundan əvvəl 80 nəfərin öldüyü, 150 nəfərin yaralandığı deyilirdi. Məlumata görə, husilərin hədəfi Yəmən ordusunun 4-cü alayının təlim düşərgəsi ərazisində yerləşən məscid olub.

***

Yəmən ordusunun Mareb əyalətindəki təlim düşərgəsinin qiyamçı “Ənsar Allah” hərəkatı tərəfindən atəşə tutulması nəticəsində ölən hərbçilərin sayı 80 nəfərə çatıb.

Bu barədə “Al Hadath” telekanalı məlumat yayıb.

Telekanalın xəbərində əsas hədəfin düşərgədəki məscid olduğu qeyd edilib.

***

Yəmənin şimal-şərqində Marib əyalətində hərbi kazarmya raket zərbəsi endirilib.

"RİA Novosti"nin xəbərinə görə, hadisə nəticəsində 24 hərbçi ölüb, 20 nəfər yaralanıb.

Mərminin ballistik raket olduğu iddia edilir.

Bölgədə fəal olan “Ənsar Allah” hərəkatı məsuliyyəti öz üzərinə götürməyib.

pia.az

Hostimul.com
Paylaşılan hostinq, fiziki server, VPS və ya reseller hostinqa ehtiyacınız olarsa, təklif etdiyimiz hostinq xidmətləri ilə nəinki layihənizə uyğun bir hostinq məhsulu seçib, həm də veb-saytınızı lazımi qorunma ilə təmin edə bilərsiniz. Ətraflı məlumat üçün daxil olun: https://hostimul.com/az/hosting-azerbaycan/

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627

Etiket: Yəmən


loading...

Ən çox oxunanalar