Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Qardaşıma nələrsə edilib, cinayət boynuna qoyulub" - İlkin Süleymanovun qardaşı

Nərminin qətli ətrafında sirr pərdəsi...

Adil Süleymanov: “Nərminin atasına səslənirəm ki, bu məsələnin yenidən araşdırılmasını birlikdə tələb edək”

Tovuzun Dondar Quşçu kəndində baş verən dəhşətli cinayətin - Nərmin Quliyeva qətlinin araşdırması davam edir. Bununla yanaşı, cəmiyyət hələ də bu hadisənin şokundan ayılmayıb. Cinayətdə təqsirli şəxs qismində saxlanılan olsa da, insanların sualları bitib tükənmir.

Bu günlərdə qətldə şübhəli bilinərək həbs edilən İlkin Süleymanovun atası İbrahim Süleymanov AYNA-nın redaksiyasına müraciət edərək, oğlunun şərləndiyini iddia edib. O, ölkə başçısından haqq-ədalətin bərpa olunmasına yardım etməsini xahiş edib.

Bu dəfə isə İlkin Süleymanovun qardaşı Adil Süleymanov baş verənlərlə bağlı AYNA-ya danışıb. O da qardaşının haqsız yerə həbs edildiyini və şər-böhtana məruz qaldığını deyib.

“Ailəmiz çarəsiz vəziyyətdədir. Yanvarın 6-dan bu günə qədər qardaşımdan xəbərimiz yoxdur. Bizim görüşməyimiz əngəllənir. Qapalı məhkəmədə deyilib ki, qardaşım yanvarın 10-dan istintaqa cəlb olunub, amma onu yanvarın 6-dan ifadə almaq adı ilə aparıblar. Biz ailə olaraq tələb edirik ki, bu müddət məsələsinə aydınlıq gətirilsin. Axı həmin 4 gün niyə gizlədilir? Əminik ki, həmin müddətdə qardaşıma nələrsə edilib, cinayət boynuna qoyulub”, - A.Süleymanov bildirib.

Qardaşının bu cinayətdə heç bir formada əlinin olmadığına əminlik ifadə edən müsahibimizin sözlərinə görə, bunun üçün kifayət qədər əsaslar var: “Atam Nərmin itkin düşən müddətdə insult keçirmişdi deyə, bacım müalicədən sonra ona baxmaq üçün həmin evdə qalırdı. Eyni evdə qardaşım İlkin də yaşayır. Bacımla yaxın otaqda qalırdılar. Necə ola bilər ki, bir evdə yaşayan insanlar həmin yerdə başqa bir adam qaldığını anlamasınlar?! İlkin uşaq itən vaxtlarda bütün günü kənddə insan arasında olub. Atam xəstə olduğundan, o, xeyir-şər məclislərində atamın adından iştirak edib, hətta məclislərin birində pul yazdırılan siyahını ona etibar ediblər. Uşaq gizlədən adam olsaydı, heç məclisdə iştiraka razı olmazdı, özünü başqa cür aparardı”.

“Hadisədən və İlkinin həbsindən sonra Nərminin anasının çıxışları da bizdə təəccüb doğurur. Nərminin ailəsinin ev istəməsini də anlayıram. Bizim Nərminin ailəsi ilə heç vaxt problemimiz olmayıb, indi də yoxdur. Onları ittiham da etmirik. Onsuz da mənim qardaşımın içəridə olması ailəmizə böyük dağdır. Mən əminəm ki, qardaşıma böhtan atılıb, İlkin bu cinayəti törədə bilməz. İndi də deyirlər ki, guya qonşular uşağın qatildən qaçdığını görüblər, amma deməyiblər. Bu qədər bir-birinə ziddiyyət təşkil edən ifadələr, fikirlər nəyə lazımdır? Bu, bir-birini inkar edən açıqlamalar bizdə də şübhə yaradır”, - həbs edilən şəxsin qardaşı vurğulayıb.

Adil Süleymanov şübhələrinə belə aydınlıq gətirib: “Biz tələb edirik ki, cinayət işinə yenidən baxılsın, çünki istintaqda təqdim olunan məqamlar müəmmalar doğurur. Mən Nərminin atasına da səslənirəm: “Qardaşım Şərif, gəl, birlikdə bu məsələyə baxılmasını tələb edək”. Axı o, özü də İlkinin təqsirsiz olduğuna inandığını deyib. Bacım da bunu media vasitəsiylə demişdi. Gəlin, iki ailə birləşib bu qətlin yenidən araşdırılmasını tələb edək. Axı bu, hamının başına gələ bilər”.

“Baxın, əvvəl ekspertiza məlumat yaydı ki, uşaq 4 gün qabaq öldürülüb, amma məhkəmə iclasında İlkin elə həmin gün öldürdüyünü deyib. Pərdədə, divarda qanabənzər nə isə tapıblar. Bu da gülməlidir, bizim ev yay evidir, yayda da ağcaqanad və ağcaqanadın qanının divarda olması təbiidir. Yaxud, məhkəmə qərarında deyilir ki, uşaq həyətdə öldürülüb, amma yuxarı mərtəbədə qan izlərinin olduğunu bəyan edirlər. Nərminin saxlanıldığı deyilən yerdə qalmaq mümkün deyil, çünki orada bu soyuqda qalmaq olmaz, həmin mərtəbədə yayda istifadə olunan yorğan-döşək səliqə-səhmanını itirməyib. Deyiləsi çox məqam var”, - müsahibimiz əlavə edib.

A.Süleymanov fikirlərini belə yekunlaşdırıb: “Bizə əvvəllər təzyiqlər olurdu. Elə Nərminin ailəsinin də üzərinə təzyiqlər davam edir. Amma bundan sonra susmaq olmaz. Bəzi ekspertlər, vəkillər danışanda etiraf edirlər ki, bu işdə başqa iş var. Ümid edirəm ki, tezliklə bu işə yenidən baxılar və qardaşımın təqsirsiz olduğu ortaya çıxar. Hər kəsdən bizə dəstək verməsini, cinayətin yenidən araşdırılması üçün yardım etməsini istəyirik”.

Qeyd edək ki, 10 yaşlı Quliyeva Nərmin Şərif qızı ötən il noyabrın 21-də, yaşadığı Tovuz rayonunun Dondar Quşçu kəndində itkin düşüb. Bu il yanvarın 6-sı axşam saatlarında isə onun yanmış cəsədi evlərinin yaxınlığında tapılıb.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Ən çox oxunanalar