Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yəməndə hərbi düşərgənin atəşə tutulması nəticəsində ölənlərin sayı 70 nəfərə çatıb - Yenilənib

Yəmənin Mareb əyalətində hərbi düşərgənin raket atəşinə tutulması nəticəsində ölənlərin sayı 70 nəfərə çatıb...

Bu barədə “Report” RİA “Novosti”yə istinadən xəbər verir.

Qeyd edilir ki, hadisə nəticəsində 50 insan xəsarət alıb.

Yəmən ordusu raketlərin “Ənsar Allah” hərəkatı (husilər-red) tərəfindən atıldğını iddia edir. Lakin hərəkat raket atəşinə görə məsuliyyəti üzərinə götürməyib.

 ***

Yəmənin Mareb əyalətində hərbi düşərgənin raket atəşinə tutulması nəticəsində azı 60 nəfər həlak olub.

“Report”un məlumatına görə, bu barədə “Al-Arabiya” bildirib.

Qeyd edilir ki, hadisə nəticəsində 50-dən çox insan xəsarət alıb.

Daha əvvəl hərbi düşərgənin atəşə tutulması nəticəsində 24 hərbçinin həlak olduğu bildirilirdi. Hərbi mənbə fərz edib ki, raket ballistik olub.

 ***

Yəmən ordusu atəşə tutulub.

Bu barədə “Report” RİA “Novosti”yə istinadən xəbər verir.

Yəmən ordusundakı mənbə agentliyə bildirib ki, ölkənin şimal-şərqindəki Mareb əyalətindəki ordu yataqxanası raket atəşinə məruz qalıb. Nəticədə 24 hərbçi həlak olub, daha 20 hərbi qulluqçu yaralanıb.

"Mareb əyalətinin şimal-qərbində Al-Mlil rayonunda kazarmaya raket hücumu nəticəsində 24 hərbçi həlak olub, 20 nəfər yaralanıb. Raketin ballistik olduğu ehtimal edilir", - agentlik bildirib.

"Ənsar Allah" hərəkatı (husilər-red) raket atəşinə görə məsuliyyəti üzərinə götürməyib.

pia.az


Etiket: Yəmən ordusu

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Ən çox oxunanalar