Bazar, 05 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda qəbiristanlıqlar qarət edilir - Video

Gəncənin qəbristanlıqlarından oğurluq faktları qeydə alınır...

PİA.az-ın xəbərinə görə, sonuncu belə hadisə bu gün səhər saatlarında baş verib.

Şəhərin ən iri qəbristanlıqlarından olan el arasında “İmamzadə” qəbrsitanlığı kimi tanınan 2 saylı qəbristanlıqda güldanlar oğurlanıb.

Ümumiyyətlə bu gün Gəncənin qəbristanlıqlarında sözügedən vəziyyət çıxılmaz həddə çatıb.

Əsasən aliminum və digər metallardan ibarət güldanlar, eləcədə qəbir ətrafı bəzək əşyaları aparılır. Çox böyük ehtimalla oğurlanan əşyalar metal əritmə müəssisələrinə müəyyən məbləğ qarşılığında satılır.

Qəbristanlıq ərazilərinin böyük olması da problemin qarşısını almaqda çətinlik yaradan əsas amillərdəndir. Baxmayaraq ki, bu qəbristanlıqların hər birinə iki gözətçi ayrılıb.

Lakin gözətçilər ərazilərə tam nəzarət edə bilmir. Çıxış yolu kimi qərbiristanlıqda çalışan şəxslər ölü sahiblərinə məzarların üzərinə qoyulan əşyalara ad və ya hər hansı bir iz qoymağı tövsiyyə edir.

Problemlə bağlı hüquq mühafizə orqanı əməkdaşları da məlumatlandırılıb. Polis tərəfindən bu insanlığa sığmayan əməlləri edən şəxslərin axtarışları davam etdirilir. Məlumat üçün qeyd edək ki, Gəncə şəhərində 4 qəbristanlıq var. Bunlardan üçü müsəlman, biri isə rus qəbristanlığıdır. (Baku.ws)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Green card” müraciətlərinin nəticələri açıqlandı - Yenilənib

Şəkidə qətl hadisəsinin təfərrüatları məlum olub - Yenilənib

İlham Əliyevdən Xankəndi ilə bağlı sərəncam 

Azərbaycanda ilin ortalarında büdcə proqnozlarına yenidən baxıla bilər

"Yelo Bank"dan şikayət: "Əsəbinizi korlamaq istəmirsizsə, bu bankdan uzaq durun" 

Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - Yenilənib

İsa Qəmbər yenidən Müsavat Partiyasının başqanı seçilib

Əhmədbəyli-Füzuli-Şuşa yolunun son görüntüləri - Video

FIFA prezidenti futbol qaydalarında daha bir dəyişiklik etməyə hazırlaşır

Ən çox oxunanalar