Bazar ertəsi, 28 Sentyabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Mişel Platini: "FIFA və CAS mafiya kimi davranır"

“FIFA və İdman Arbitraj Məhkəməsi (CAS) mafiya kimi davranır”...

“Report” “Sport.pl” saytına istinadən xəbər verir ki, bu fikirləri UEFA-nın sabiq prezidenti Mişel Platini deyib.

Altmış beş yaşlı fransalı funksioner bildirib ki, hər iki qurum öz istədiyini edir: “Heç kim onların işini izləmir. Hər kəsi futboldan uzaqlaşdıra bilirlər. Məni də ortadan qaldırdılar. FIFA prezidenti olmamağım üçün hər şeyi etdilər”.

Platini deyib ki, FIFA prezidenti Canni İnfantino onun futbola qayıtmasına əngəl törədəcək: “Hər şey yaxşı planlaşdırıldı. Səbəbsiz deyildi ki, mənim cəzam 2019-cu ilin oktyabrında, FIFA prezidentinin yenidən seçilməsindən bir ay sonra başa çatdı”.

Qeyd edək ki, Mişel Platini UEFA-ya 2007 – 2015-ci illərdə rəhbərlik edib. 2015-ci il oktyabrın 8-də FIFA Etika Komitəsinin Arbitraj Palatası onu 90 gün müddətinə vəzifəsindən kənarlaşdırıb. Dekabrın 21-də isə Platini 8 il müddətinə diskvalifikasiyaya məruz qalıb. Lakin 2016-cı ilin mayında cəza 4 ilə enib. Onun cəzası 2019-cu ilin oktyabrında başa çatıb.

pia.az


Etiket: Mişel Platini


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

“Razısınızmı Dağlıq Qarabağ Azərbaycanın tərkibində muxtariyyət olsun?” - Paşinyan parlamentdən soruşdu  

Paşinyan Qarbağdakı ermənilərə müraciət etdi

Paşinyan xalqa müraciət etdi: “Azərbaycan Ordusu Qarabağda irəliləyir”

Erməni tərəfi böyük ərazi itkilərini təsdiqlədi

Füzuli istiqamətində döyüşlər davam edir- Foto

Putin genişmiqyaslı hərbi toqquşmaların bərpasından ciddi narahatlığını ifadə edib

Azərbaycanın bir sıra əraziləri işğaldan azad edildi - Rəsmi, Siyahı

Ermənistandan Qarabağa gedən yollardan biri bağlanıb

Müdafiə Nazirliyi cəbhədəki son vəziyyətlə bağlı yeni məlumat yaydı

loading...

Ən çox oxunanalar