Çərşənbə axşamı, 25 Fevral 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+10 ° Baku
+6 ° Quba
+6 ° Qusar
+13 ° Gəncə
+13 ° Lənkəran
+12 ° Naxçıvan
+13 ° Salyan
+11 ° Şəki

Qarabağ qazilərindən Fəzail Ağamalıya açıq dəstək - Fotolar

Milli Məclisə növbədənkənar seçkilərinə 60 saylı Salyan – Neftçala seçki dairəsindən namizədliyi qeydə alınan Fəzail Ağamalı Salyan rayonunun Qarabağlı kəndində Qarabağ qaziləri ilə görüş keçirib...

Görüşdə Salyan rayonunda yaşayan 50-yə yaxın Qarabağ qazisi iştirak edib.

Görüş zamanı qazilərin problemləri dinlənilib və onların həll edilməsi üçün lazımı addımlar atılacağına söz verilib.

Görüş zamanı çıxış edən qazilər bildiriblər ki, Fəzail Ağamalı deputat fəaliyyəti dövründə daim onların yanında olub və problemlərinin tezliklə həll edilməsinə çalışıb.

Həmçinin, Qarabağ uğrunda gedən döyüşlərdə şəhid və qazi olmuş Milli qəhrəmanlarımızın ailələrini tez-tez ziyarət edib, onların dərdlərinə şərik olub.

Görüşün sonunda rayonun qaziləri adından Fəzail Ağamalıya açıq dəstək ifadə olunub, Qarabağ qaziləri fevralın 9-da keçiriləcək növbədənkənar seçkilərdə 60 saylı SalyanNeftçala seçki dairəsindən Fəzail Ağamalıya səs verəcəklərini açıq şəkildə bəyan ediblər.

Qeyd edək ki, görüşdə 2016-cı ilin aprel döyüşləri zamanı ağır yaralanan və müalicə aldıqdan sonra ordu sıralarından tərxis olunan Xüsusi Təyinatlı Qüvvələrimizin hərbiçisi Səxavət Salmanov da iştirak edib.

pia.az

Hostimul.com
Paylaşılan hostinq, fiziki server, VPS və ya reseller hostinqa ehtiyacınız olarsa, təklif etdiyimiz hostinq xidmətləri ilə nəinki layihənizə uyğun bir hostinq məhsulu seçib, həm də veb-saytınızı lazımi qorunma ilə təmin edə bilərsiniz. Ətraflı məlumat üçün daxil olun: https://hostimul.com/az/hosting-azerbaycan/

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627



loading...

Ən çox oxunanalar