Çərşənbə axşamı, 18 Fevral 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+10 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+17 ° Gəncə
+14 ° Lənkəran
+9 ° Naxçıvan
+16 ° Salyan
+16 ° Şəki

Cəlilabadda 16 kq narkotik vasitə dövriyyədən çıxarılıb 

Cəlilabad Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan dəstə üzvlərinə qarşı əməliyyat tədbirləri uğurla davam etdirilir...

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Cəlilabad RPŞ-nin əməkdaşlarının keçirdikləri növbəti tədbir zamanı narkotik maddələrin satışı ilə məşğul olan daha 3 nəfər saxlanılıb. Əməliyyat zamanı Göytəpə şəhər sakinləri Abdulla Zeynalov, Gündüz Məmmədov və Şakir İsmayılov tutulublar. A.Zeynalovun üzərində şəxsi axtarış aparılan zaman 3,390 qram narkotik vasitə heroin, G.Məmmədovdan 3 kiloqram 350 qram heroin, Ş.İsmayılovun üzərindən isə ümumi çəkisi 1,364 qram olan heroin aşkar olunaraq götürülüb. Əməliyyat tədbirlərinin davamı olaraq dəstə üzvü Ş.İsmayılovun yaşadığı evdə də külli miqdarda narkotik vasitə saxladığı məlum olub. Onun rayon ərazisindəki evinə baxış zamanı əlavə olaraq satış üçün əldə etdiyi 4 ədəd bağlamaq qablaşdırılan ümumi çəkisin 2 kiloqram 565 qram heroin aşkar olunaraq götürülüb.

Cəlilabad RPŞ əməkdaşları tərəfindən keçirilən daha bir tədbir zamanı Göytəpə şəhər sakini Aftandil Ağayev də saxlanılıb. Onun üzərində şəxsi axtarış aparılan zaman cibindən 29 büküm ümümi çəkisi 7,461 qram olan narkotik vasitə heroin aşkar olunub. Əməliyyat –axtarış tədbirlərinin davamı olaraq A.Ağayevin evinə baxış zamanı əlavə olaraq 2 ədəd bağlama təmiz çəkisi 2 kiloqram 200 qram olan heroin və 40 ədəd bükümdə ümumi çəkisi 2,43 qram olan psixotrop maddə metamfetamin aşkar olunaraq götürülüb.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb və saxlanılan şəxslərin hər biri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. İstintaq-əməliyyat tədbirləri davam etdirilir.

Qeyd edək ki, Cəlilabad RPŞ-nin əməkdaşları tərəfindən cari ilin yanvar ayı ərzində ayrı-ayrı şəxslərdən ümumilikdə güclü təsirə malik 16 kiloqrama yaxın narkotik vasitə heroin və metamfetamin aşkar olunaraq götürülüb.

pia.az

Hostimul.com
Paylaşılan hostinq, fiziki server, VPS və ya reseller hostinqa ehtiyacınız olarsa, təklif etdiyimiz hostinq xidmətləri ilə nəinki layihənizə uyğun bir hostinq məhsulu seçib, həm də veb-saytınızı lazımi qorunma ilə təmin edə bilərsiniz. Ətraflı məlumat üçün daxil olun: https://hostimul.com/az/hosting-azerbaycan/

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627

Etiket: narkotik


loading...

Ən çox oxunanalar