Çərşənbə axşamı, 25 Fevral 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+10 ° Baku
+6 ° Quba
+6 ° Qusar
+13 ° Gəncə
+13 ° Lənkəran
+12 ° Naxçıvan
+13 ° Salyan
+11 ° Şəki

Rusiya müxalifəti böyük mitinqə hazırlaşır – “Putinin təklifləri dövlət çevrilişidir”

Moskva Şəhər Dumasının liberal deputatıYulia Galyamina moskvalıları yanvarın 19-da prezident Vladimir Putinin Konstitusiya islahatı təkliflərinə qarşı etiraz etməyə çağırıb...

Galyamina Rusiyanın VK sosial media platformasında yazıb ki, Putinin yanvarın 15-də irəli sürdüyü təkliflər “dövlət çevrilişi” kimi qiymətləndirilməlidir. O ictimaiyyəti 2009-cu ilin yanvarında qətlə yetirilmiş liberal vəkil Stanislav Markelovun və“Novaya Gazeta” qəzetinin müxbiri Anastasia Baburovanın xatirəsinə əvvəlcədən planlaşdırılmış ildönümü mərasiminə qatılmağa çağırıb.

Bu arada Moskva meriyası yanvarın 17-də müxalifətin 10 minlik mitinqinə icazə verib. Konstitusiya dəyişikliklərinə qarşı keçiriləcək bu mitinq fevralın 1-də, Saxarov prospektində yer alacaq. Bu mitinqin kim tərəfindən təşkil edildiyi bilinmir.

Müxalifət lideri Aleksey Navalnı “Twitter” postunda yazır ki, Rusiyanın hazırkı Konstitusiyası ikrah hissi doğurur.

Navalnı qeyd edir ki, bu Konstitusiyada hakimiyyətin qəsb edilməsi üçün mexanizm var və onu heç müdafiə etməyə dəyməz: “Bu Konstitusiyanın əsasında onlar seçkilərdən tutmuş pensiyalara qədər hər şeyi bizdən alıblar. Onlar hələ bundan da çoxunu istəyirlər”.

Özünün ənənəvi illik çıxışında Putin bir sıra Konstitusiya dəyişikliləri təklif edib. Müstəqil ekspertlər deyirlər ki, bu dəyişikliklərdən məqsəd Putini 2024-ci ildən sonra da hakimiyyətdə saxlamaqdır.(azpolitika.info)

pia.az

Hostimul.com
Paylaşılan hostinq, fiziki server, VPS və ya reseller hostinqa ehtiyacınız olarsa, təklif etdiyimiz hostinq xidmətləri ilə nəinki layihənizə uyğun bir hostinq məhsulu seçib, həm də veb-saytınızı lazımi qorunma ilə təmin edə bilərsiniz. Ətraflı məlumat üçün daxil olun: https://hostimul.com/az/hosting-azerbaycan/

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627

Etiket: Rusiya Putin


loading...

Ən çox oxunanalar