Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qərb İranın bölgədəki nüfuzu ilə bağlı mənasız iddialara inanır...

Milyonlarla şiəni İranın əlaltısı hesab edən ABŞ və müttəfiqləri eynilə Səddam Hüseynin etdiyi kimi tarix boyu əzilən insanları indi şeytan kimi qələmə verir...

Patrick Cockburn
“The Independent” qəzeti, 16 yanvar 2020-ci il

1991-ci ilin aprelində hökumətin təhlükəsizlik qüvvələri Səddam Hüseyn rejiminə qarşı etiraz edən şiələri əzərkən və on minlərlə insanı öldürüb cəsədlərini çuxurlara basdırarkən mən də İraqda idim. Martda üsyanın başlanğıcında İraqdan İordaniyaya sürgün edilmişdim. Lakin daha sonra gözlənilməz bir şəkildə qayıtmağıma icazə verildi. Səddam nəzarətin özündə olduğunu yenidən bütün dünyaya göstərmək istəyirdi.

İraqda və başqa yerlərdəki şiələrin ən nüfuzlu dini liderlərindən olan Ayətullah əl-Xoyini görmək üçün İraqın cənubundakı Kufə şəhərində onun saxlanıldığı evə digər jurnalistlərlə birgə tələm-tələsik aparılmışdım.

Üsyanı qınayacağını ümid edərək ətrafına toplaşan İraq qüvvələri arasında tam da 92 yaşında görünən bu adam divanda uzanırdı.

Ondan bu məsələ bağlı nələr düşündüyünü soruşdum. Bir neçə dəqiqə elə bildim ki, sualımı eşitməyib. Lakin sonra çətin eşidilən bir səslə dedi: “Nəcəf və digər şəhərlərdə baş verən hadisələr heç uyğun deyildi və Allaha qarşı idi”.

Sözləri dumanlı idi, lakin bilirdim ki, Səddama sadiq olan hərbi qüvvələrin şiə kişiləri, qadınları və uşaqları məhv etdiyi iyrənc intiqam hərəkatından danışırdı.

ABŞ liderliyindəki koalisiyaya qarşı mübarizə aparan Səddamın Küveytdəki məğlubiyyətinə yaxın olan günlərdə şiələr ona qarşı üsyan edirdi. Kənardan bir dəstək gözləmirdilər, lakin bilirdilər ki, koalisiya onların Səddamdan qalan tanklardan və helikopterlərdən istifadə etməsinə icazə verməyəcək. Halbuki ABŞ iraqlı şiələri, şiələrin üstünlük təşkil etdiyi İranla bir tutub və üsyanın uğur qazanmasının Amerikanın maraqlarına uyğun gəlmədiyinə qərar vermişdi.

Səddamın tankları və vertolyotları Kərbəla, Nəcəf və Bəsrə kimi şiə şəhərlərinə daxil olduqdan sonra koalisiya qüvvələri kütləvi edamlara başlamışdı.

30 il sonra ABŞ və müttəfiqləri yenə də eyni səhvə yol verirlər: İraq, Livan, Suriya, Bəhreyn, Yəmən və Əfqanıstandakı milyonlarla şiəyə İran agenti kimi yanaşırlar.

Əsrlər boyu şiələr ən qəddar təqiblərə məruz qalan dini azlıqlardan olublar. Bu gün Qasım Süleymani sui-qəsdinin əks-sədası davam edərkən Donald Trump Yaxın Şərqdə ABŞ-a qarşı gələn hər kəsi İran vəkili olmaqda ittiham etdiyindən şiələr yenidən şeytan kimi qələmə verilməkdən qorxurlar.

Ayətullahın nəvəsi və Londonda yerləşən Əl-Xoyi Vəqfinin rəhbəri Yusif əl-Xoyi İranABŞ arasındakı qarşıdurmanın artıq anti-şiəliyin artmasına səbəb olduğunu deyib. Vaşinqtonda deyilən sözləri anti-şiə təbliğatı hesab edən şiələrdən bir çox çağırışlar alıb.

Xoyi: “ABŞ prezidentinin İrandakı mədəni mirasları məhv edəcəyini deyərək İranı təhdid eşitməsi çox təəccüblü idi. Onun sözlərinə görə, sadə şiələr ABŞ-ın müqəddəs məkanlara, etiqad və mədəniyyətin vəhdətdə olduğu mərkəzlərə hücum etməsindən qorxurlar. O, gənc şiələrin şiə inancının tamamilə pozulması qarşısında çox qəzəbləndiklərini qeyd edib. O “hələ də İŞİD-in şiələrə vurduğu ziyanı aradan qaldıra bilməmişik”, deyib.

1945-ci ildən bəri Yaxın Şərqdə baş verən ən vacib hadisələrdən biri bölgədəki bir çox ölkədə, xüsusən də Livan və İraqda əvvəllər yoxsullaşdırılmış şiə icmalarının yüksəlişi idi. İraq 1171-ci ildən - Misirdə Fatimilər sülaləsinin Səlahəddin Eyyubi tərəfindən devrildiyi dövrdən bəri ərəb dünyasında şiələrin idarə etdiyi ilk dövlət olmuşdu.

Yenə də Amerika və Britaniya siyasətçiləri şiələrin yüksəlişini İranın qanunsuz müdaxilələrinin nəticəsi hesab edirlər. Öz ölkəsindəki azsaylı şiələrə zülm edən Səudiyyə Ərəbistanı və çox sayda şiəni sıxışdıran Bəhreyn kimi sünni dövlətlərin yaydığı anti-şiə təbliğatı Qərb liderlərinə daha çox sərf edir.

Hər iki ölkədə ən vacib hüquqları tələb edən şiələr terrorçu və ya İran agenti kimi cəzalandırılırlar. Sünni nümayəndələr öz təbliğatlarına güvənirlər. 2011-ci ildə Səudiyyə əsgərlərinin dəstəyi ilə Bəhreyn hökuməti Ərəb Baharı etirazlarını dağıdarkən yaxın bir xəstəxanada onlara İrandan sifariş aldıqlarını etiraf etmələri üçün işgəncə verilmişdi. Lakin yüksək səviyyəli bir beynəlxalq araşdırmada bu etirazlarda İranın əli sahib olması ilə bağlı heç bir sübut tapılmamışdı.

2003-cü ildə ABŞ-ın və Britaniyanın İraqa hücumundan sonra generallar iranlıların işğala qarşı mübarizə aparması barədə olan iddialara heç bir cavab verə bilməmişdilər. Əslində, heç bir təşvişə ehtiyac yox idi. Çünki şiə və sünnilər İraqın bir xarici hərbi qüvvə tərəfindən işğal edilməsini istəmirdilər.

Keçən həftə ərzində İranın əksəriyyəti səudiyyəli olan 11 Sentyabr qatillərinə dəstək verməsi və İraqın cənubundakı ingilis qoşunlarına qarşı səfərbərliyə başlaması ilə bağlı bir çox iddialar ortaya çıxıb.

Vaşinqtonda, Londonda, Ər-Riyadda və ya Əbu-Dabidə başlamasından asılı olmayaraq, bütün bu sui-qəsdlər əks təsir yaradacaq. Şiələr arasında İranın əlini gücləndirəcək böyük bir həmrəylik yaratmağa çalışırlar. Keçən həftə gördüyümüz kimi, 2019-cu ildə İran hökumətinə qarşı edilən etirazları, bu il həmin hökumətin ali rütbəli komandirlərindən olan general Süleymaninin yasını tutmaq üçün İran şəhərlərində küçələri dolduran milyonlarla insan əvəz edib.

Şəhidlik anlayışı şiələrin qəlbində, bəlkə də əksər dinlərdən daha güclü şəkildə özünü göstərir və bu gün Süleymani şiələrin (təkcə İranda deyil) gözləri qarşısında inancı uğrunda vuruşarkən öldürülən bir şəhidə çevrilib.

1991-ci ildə İraqın dağıdılmış şiə şəhərlərində rastlaşdığım təkəbbürlü İraq ordusu komandirləri məni inandırmağa çalışırdılar ki, üsyanın əsas səbəbkarı iranlılardır. Qərbin və onun müttəfiqlərinin Yaxın Şərqdə bəyənmədiyi hər şeyin arxasında İranın əlinin olduğunu deməsi barədəki cəfəngiyatlar bu gün də istifadə olunur.

İranı hədəf aldıqlarını iddia etsələr də, praktikada bütövlükdə şiə icmasını hədəfə qoyublar. Bu da onlara və şiələrə çox baha başa gələ bilər.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Daha bir kənddə təmtəraqlı yas mərasimləri ilə bağlı qərar

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ən çox oxunanalar