Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

BŞBPİ-dən yol polisinin rüşvət alması iddialarına münasibət

“Sosial şəbəkələrdə paytaxtda yol polisinin rüşvət alması iddiaları ilə bağlı yayılan videogörüntülər Dövlət Yol Polis İdarəsində tam və hərtərəfli araşdırılıb. Görüntülərdə qeyd olunan iddialar əsassızdır”...

PİA.az xəbər verir ki, bunu Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

O, qeyd edib ki, ötən ilin aprel ayının 26-da 90-FX-065 dövlət qeydiyyat nişanlı avtomobil “Yol hərəkəti haqqında” qanunun 69-cu maddəsini VII hissəsinin 1.1 üfüqi nişanlanma xəttinin tələbini pozduğu üçün yol polisi tərəfindən dayandırılıb.

"Vətəndaş Həmzə Muradov avtomobildən düşərək sürücülük vəsiqəsini yol polisinə verdikdən sonra avtomobillər yolun hərəkət hissəsindən kənara çəkilərək yol ayrıcında İnzibati Xətalar Məcəlləsinin 327.2 maddəsi üzrə inzibati xəta haqqında protokol tərtib olunub. Araşdırmalarla sübuta yetirilib ki, yol polisi inzibati xəta üzrə vəzifələrini tam və qanunauyğun formada icrasını təmin edib, hən hansı qanunsuzluq faktı aşkarlanmayıb", - deyə Elşad Hacıyev qeyd edib.

Xatırladaq ki, ötən gün sosial şəbəkələrdə Yasamal rayonu, Şəfaət Mehdiyev küçəsində yerləşən "Qoşa Park" yaşayış kompleksinə daxil olan sürücünün qaydaları pozduğu və bu an onu təqib edən polis maşınının yaxınlaşaraq rüşvət aldığı ilə bağlı videogörüntü yayılıb.

pia.az


Etiket: BŞBPİ rüşvət

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Ən çox oxunanalar