Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

BVF Azərbaycanda ÜDM-ın azalacağını proqnozlaşdırır - Hansı risklər mövcuddur?

Hazırda Azərbaycan iqtisadiyyatının daşıdığı hansı risklər mövcuddur və bu risklər Azərbaycan iqtisadiyyatında böhrana yol aça bilərmi?..

İqtisadçı- ekspert: “Azərbaycan iqtisadiyyatı xammaldan çox asılı olduğuna görə beynəlxaq qurumların ölkəmizlə bağlı proqnozları düz çıxır”.

“Beynəlxalq qurumlar həm ümumi daxili məhsulla, həm də inflyasiya ilə bağlı ayrı-ayrı ölkələrdə olan proqnozlarını il ərzində bir neçə dəfə dəyişməyə məcbur olurlar”.

Bu sözləri iqtisadçı- ekspert Nazim Bəydəmirli Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycanla bağlı proqnozunu PİA.az-a şərh edərkən qeyd edib.

Beynəlxalq Valyuta Fondunun (BVF) dərc etdiyi yeni hesabatda bu il Azərbaycanda Ümumi Daxili Məhsulun (ÜDM) artım tempinin azalacağı proqnozlaşdırılır. Bu proqnoz Azərbaycan hökümətinin proqnozları ilə üst-üstə düşmür.

Mövzunu PİA.az-ın əməkdaşı iqtisadçı-ekspert Nazim Bəydəmirli ilə müzakirə edib.

Nazim Bəydəmirli: “Hökumət Azərbaycan iqtisadiyyatında olan risklərin böhrana yol açmaması üçün dərin islahatlar aparmalıdır”.

Azərbaycan hökumətinin proseslərdən sığortalanmasını iqtisadiyyatın şaxələndirilməsində, real iqtisadiyyata dövlət dəstəyinin daha da artırılmasında, inhisarçılığın aradan qaldırılmasında və qeyri-neft sektorunun inkişafında görən iqtisadçı-ekspert PİA.az-a açıqlaaqmsında əlavə edib ki, son zamanlarda siyasi proseslərin də iqtisadiyyata təsirləri olur. Buna görə də ölkədə sabitliyin olması önəmlidir. Parlament seçkisi dönəmində və bundan sonrakı proseslər doğru istiqamətdə getməlidir:

“Beynəlxalq qurumlar həm ümumi daxili məhsulla, həm də inflyasiya ilə bağlı ayrı-ayrı ölkələrdə olan proqnozlarını il ərzində bir neçə dəfə dəyişməyə məcbur olurlar. Çünki ölkələrin daxilində olan prosesləri izləmək beynəlxalq qurumlar üçün bir az çətindir. Amma beynəlxalaq qurumlar ümumi makroiqtisadi göstəriciləri, dünyada gedən prosesləri nəzərə alaraq ortaq rəqəm çıxara bilirlər. Azərbaycan iqtisadiyyatı isə xammaldan çox asılı olduğuna görə beynəlxaq qurumların ölkəmizlə bağlı proqnozları düz çıxır.

Məlumdur ki, Azərbaycan ixracının 90 faizdən çoxu karbohidrogen ehtiyyatları-neft və qazdan asılıdır. Dünyada gedən proseslər onu göstərir ki, neftin qiymətinin qısa müddətdə qalxıb-enməsinə baxmayaraq uzun müddətli prespektivdə neftin qiymətinin azalma ehtimalı var. Çünki Avropa və digər ölkələr alternativ, bərpa olunan enerjiyə daha çox üstünlük verirlər. Dünyada neft amili artıq iqtisadiyyata az təsir edir.

Eyni zamanda Yaxın Şərqdə olan proseslər, xüsusən İran ətrafında baş verənlər də ölkələrin iqtisadiyyatına təsir edir. Son hadisələrdən sonra görünür ki, İranla-ABŞ arasında ciddi konfliktlər olmayacaq. Çünki ciddi konfliktlər heç bir ölkəyə sərf etmir.

Nazim Bəydəmirli: “Dünyada neft amili artıq iqtisadiyyata az təsir edir”.

Mən Azərbaycan hökumətinin bu proseslərdən sığortalanmasını ancaq və ancaq iqtisadiyyatın şaxələndirilməsində, real iqtisadiyyata dövlət dəstəyinin daha da artırılmasında, inhisarçılığın aradan qaldırılmasında və qeyri-neft sektorunun inkişafında görürəm. Son zamanlarda siyasi proseslərin də iqtisadiyyata təsirləri olur. Buna görə də ölkədə sabitliyin olması önəmlidir. Parlament seçkisi dönəmində və bundan sonrakı proseslər doğru istiqamətdə getməlidir.

Həmçinin hökumət Azərbaycan iqtisadiyyatında olan risklərin böhrana yol açmaması üçün dərin islahatlar aparmalıdır. Bu baxımdan ümid edirəm ki, yeni iqtisadiyyat naziri və onun komandası bu və ya digər formada rəqabət mühitinə müsbət təsir edəcək qanunvericilk bazasının təkminləşdirilməsinə çalışacaqlar.

Hesab edirəm ki, beynəlxalq qurumlarla da əməkdaşlıq surətləndirilməlidir ki, Azərbaycan sabit ölkə kimi davam etsin və iqtisadiyyatı güclənsin”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Daha bir kənddə təmtəraqlı yas mərasimləri ilə bağlı qərar

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ən çox oxunanalar