2023-cü ildə Yekaterinburq şəhərində keçiriləcək XXXII Ümumdünya Yay Universiadasının büdcəsi bəlli olub...
TASS xəbər verir ki, bu barədə Sverdlovsk vilayətinin qubernatoru Yevgeni Kuyvaşev məlumat verib.
O, universiadanın ümumi maliyyəsinin 83 milyard rubl olacağını bildirib.
Qeyd edək ki, XXXI Ümumdünya Yay Universiadası 2021-ci ildə Çinin Çendu şəhərində olacaq. Azərbaycan idmançıları 2019-cu ildə İtaliyanın Neapol şəhərindəki XXX Ümumdünya Yay Universiadasını isə 7 medalla 18-ci pillədə başa vurublar. (Report)
pia.az