Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İran təyyarə qəzasında həlak olanların cəsədlərini Ukraynaya təhvil verməyə hazırdır

İranın xarici işlər naziri Məhəmməd Cavad Zəriflə Ukraynanın xarici işlər naziri Vadim Pristayko arasında telefon danışığı baş tutub...

“Report” xəbər verir ki, bu barədə İran XİN-nin rəsmi “Telegram” kanalında məlumat yerləşdirilib.

Qeyd olunub ki, rəsmi Tehran təyyarə qəzasında həlak olan Ukrayna vətəndaşlarının cəsədlərini Kiyevə təhvil verməyə hazırdır. Zərif bildirib ki, İran həmçinin qara qutunun oxunmasında ukraynalı mütəxəssislərin köməyini də qəbul edəcək .

Vadim Pristayko isə, öz növbəsində, əməkdaşlığa və Ukrayna Beynəlxalq Hava Yollarına məxsus təyyarənin qəzaya uğramasına görə məsuliyyəti öz üzərinə götürdüyünə görə İrana təşəkkür edib.

Qeyd edək ki, yanvarın 8-də Tehrandan Kiyevə uçuş həyata keçirməli olan Ukrayna Beynəlxalq Hava Yollarına məxsus “Boeing-737” təyyarəsi havaya qalxdıqdan qısa müddət sonra qəzaya uğrayıb.

Qəza nəticəsində təyyarədə olan İran, Ukrayna, Kanada, Almaniya, İsveç və Əfqanıstandan olan 167 sərnişin və 9 heyət üzvü həlak olub. Hadisədən bir neçə gün sonra rəsmi Tehran təyyarənin səhvən raketlə vurulduğunu etiraf edib.

pia.az


Etiket: İran


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar