Bazar, 23 Fevral 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+10 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+17 ° Gəncə
+14 ° Lənkəran
+9 ° Naxçıvan
+16 ° Salyan
+16 ° Şəki

Mübariz İbrahimovun şücaətindən bəhs edən “Mübariz” adlı operanın premyerası keçiriləcək

"Mübariz" adlı operanın premyerası keçiriləcək...

Azərbaycan Televiziyası Mədəniyyət kanalının təşkilatçılığı ilə yanvar ayının 17-də, saat 19:00-da Dövlət Təhlükəsizlik Xidmətinin Mədəniyyət Mərkəzində şəhidlərin əziz xatirəsinə ithaf olunan və Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun şücaətindən bəhs edən "Mübariz" adlı operanın premyerası keçiriləcək.

PİA.az Trend-ə istinadən bildirir ki, librettosu şair Şahin Musaoğluna, musiqisi bəstəkar Nərmin Nağıyevaya məxsus olan tamaşanın quruluşçu rejissoru respublikanın Əməkdar artisti İnarə Babayevadır. Baş rolda Əməkdar artist Ramil Qasımov, Əməkdar artist Cahangir Qurbanov,Səbinə Ərəbli, Əməkdar artist Tural Ağasiyev, Taleh Yahyayev, Şaban Cəfərov Elçin Əhədzadə, Aydan Həsənova çıxış edəcəklər.

Quruluşçu baletmeyster Əməkdar artist Ceyhun Qubadov, quruluşçu rəssam Fərid Nəcəfovdur. Tamaşada F. Əmirov adına Əməkdar kollektiv, Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı, Azərbaycan Televiziyası və Radiosunun Cahangir Cahangirov adına xoru (xormeyster Şəhla Ələkbərova) iştirak edəcəklər.

Yeni layihənin ideya müəllifi, Mədəniyyət kanalının direktoru Ramil Qasımov bildirib: "Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikasının ərazisində və ölkəmizin hüdudlarından kənarda 20 Yanvar faciəsinin otuzuncu ildönümünə həsr olunmuş anım mərasimləri keçirilir. Azərbaycan Televiziyası Mədəniyyət kanalı da şəhidlərin əziz xatirəsini anmaq üçün "Mübariz" musiqili tamaşasını hazırlayıb. Əminik ki, bu əsər klassik musiqi sənətinə dəyərli töhfə olmaqla yanaşı, gənclərdə vətənpərvərlik ruhunun formalaşdırılmasında da mühüm rol oynayacaq. "Mübariz" tamaşası eyni zamanda şəhidlərimizin əziz xatirəsinə əbədi ehtiramın təcəssümüdür...Fürsətdən istifadə edərək,tamaşanın bütün iştirakçılarına təşəkkürümü bildirir, uğurlar arzulayıram".

pia.az

Hostimul.com
Paylaşılan hostinq, fiziki server, VPS və ya reseller hostinqa ehtiyacınız olarsa, təklif etdiyimiz hostinq xidmətləri ilə nəinki layihənizə uyğun bir hostinq məhsulu seçib, həm də veb-saytınızı lazımi qorunma ilə təmin edə bilərsiniz. Ətraflı məlumat üçün daxil olun: https://hostimul.com/az/hosting-azerbaycan/

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627


Şərh yazın.


loading...

Ən çox oxunanalar