Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yaxın zamanlarda “Microsoft” “Windows 7”ni dəstəkləməyəcək - Hansı problemlərlə qaşılaşa bilərik?

“Microsoft” tərəfindən “Windows 7” proqramının dəstəklənməməsi Azərbaycanda hansısa problemlərə yol aça bilərmi?..

İKT mütəxəssisi: “Microsoft dünya şirkətləri üçün yeni və daha təhlükəsiz sistem tətbiq etməyə məcburdur. Əgər təhlükəsiz olan sistemlər tətbiq edilməsə, gələcəkdə dünyada bir çox problemlər baş verə bilər”.

“Bu gün Azərbaycanda kiber təhlükəsizli cəhətdən çox ciddi problemlər var. Təbii ki, müharibə şəraitində yaşayan bir ölkə üçün kiber təhlükəsizliyi çox vacibdir”.

Bu sözləri İKT mütəxəssisi Mehdi Mustafayev Microsoftun “Windows 7”ni dəstəkləməyəndən sonra yarana biləcək problemləri PİA.az-a şərh edərən qeyd edib.

Microsoft -dan verilən açıqlamaya görə şirkət yaxın zamanlarda “Windows 7” və “Windows Server 2008” proqramlarını dəstəkləməyəcək. Buna səbəb isə “Microsoft”un 2009-cu il oktyabrın 22-də “Windows 7” işə salınarkən şirkətin üzərinə götürdüyü onillik dəstək öhdəliyinin müddətinin sona yaxınlaşmasıdır.

Bununla belə, “Windows 7” fəaliyyətini davam etdirəcək, amma istifadəçilər “Microsoft”dan təhlükəsizlik bildirişləri almayacaq. Bu isə o deməkdir ki, köhnə proqram təminatında çalışan kompüterlər viruslara qarşı həssas olacaq. Həmçinin, “Microsoft” “Windows 7”yə texniki dəstək göstərməyəcək. Bu keçidi rahatlaşdırmaq üçün “Microsoft FastTrack”in təklif etdiyi “Desktop App Assure” xidməti aktivləşdirilir. Həmin xidmət “Windows 10” və “Office 365ProPlus” ilə bağlı yarana biləcək istənilən problemi aradan qaldırır.

“Microsoft” da 10 ildən artıq fəaliyyətdə olan bu proqramların kiberhücumlara qarşı müdafiəsiz olacağını bildirib. Bilirik ki, Azərbaycanda “Windows 7” proqramından böyük əksəriyyət istifadə edir. O cümlədən dövlət və özəl qurumlarda da Windows 7 populyar olaraq qalmaqdadır. “Windows 7” proqramının dəstəklənməməsi Azərbaycanda hansısa problemlərə yol aça bilərmi? Xüsusən bank və digər qurumların fəaliyyətinə bunun hansı təsirləri ola bilər? Həmçinin Azərbaycanda kütləvi şəkildə kompüterlərin yenilənməsi bu texnologiyanın qiymətlərinin artmasına səbəb ola bilərmi?

Mövzunu PİA.az-ın əməkdaşı İKT mütəxəssisi Mehdi Mustafayevlə müzakirə edib.

Mehdi Mustafayev: “Kompüterlər yeniləndikcə, onların keyfiyyət dərəcəsi artdıqca, daha da yüksək parametrlərə yüksəldikcə qiymətləri də qalxacaq”.

Azərbaycanda kiberhücumlar, təhlükəsizlik cəhətdən böyük problemlərin olduğunu düşünən İKT mütəxəssisi xatırladıb ki, Azərbaycanda devalvasiya baş verəndən sonra bir çox İT mütəxəssisləri ölkəni tərk etdi. Halbu ki, bü günkü hakimiyyət həmin İT mütəxəssisləri ölkədə saxlamağa qadir idi:

“Bildiyimiz kimi müasir dünyada ən surətlə inkişaf edən sahələrdən biri texnologiya sahəsidir. Texnologiya sahəsi dayanmadan inkişaf edən bir sahədir. Bu gün demək olar ki, bütün sahələrdə müasir texnologiyalardan istifadə olunur. Yəni tibbdən başlayaraq tikinti sahəsinə qədər müasir texnologiyadan istifadə edirlər.

Müasir informasiya texnologiyalar sahəsində nə qədər inkişaf gedirsə, bir o qədər də təhlükələr artır. Bir çoxlarımıza məlumdur ki, bir neçə il əvvəl Azərbaycanda məşhur bankların birindən kiberhücümlara 100 min dollar məbləğində hesab çəkilmişdi. Amma bank rəhbərliyi ona təklif edilən güclü qoruma, güclü təhlükəsizlik tədbirlərini tətbiq etmək istəmədi. Qısa müddətdən sonra banka yenidən kiberhücümlar oldu və daha böyük məbləğ hesabdan çəkildi. Bundan sonra bank rəhbərliyi məcbur qalıb bankın təhlükəsizlik tədbirlərini qəbul etdi.

Bu yaxınlarda Microsoft Windows və başqa proqramlarına yenilənmə verməli oldu. Çünki məşhur virusun yayılması nəticəsində dünya banklarına və bir çox məşhur şirkətlərə 1-5 milyard arası zərər dəydi. Bütün bunları nəzərə alan Microsoft təbii ki, Windows 7-ni dəstəkləməməyə məcburdur. Eyni zamanda Microsoft dünya şirkətləri üçün yeni və daha təhlükəsiz sistem tətbiq etməyə məcburdur. Əgər təhlükəsiz olan sistemlər tətbiq edilməsə, gələcəkdə dünyada bir çox problemlər baş verə bilər. Hal-hazırda Windows 2016-da belə xeker hücümları nəticəsində serverlər şifrələnir və müəyyən məbləğ müqabilində şifrələnən serverlərin yenidən fəaliyyətə başlaması mümkün olur.

Məlumur ki, Microsoft şirkəti artıq Windows 10-u istifadəyə verib. Düşünürəm ki, Windows 10 istifadə cəhətdən daha mükəmməldir. Həmçinin Windows 10 daha rahat və daha təhlükəsizdir. Düzdür İT sahəsi elə sahədir ki, orada tam təhlükəsizlik deyə sahə yoxdur. Çünki təhlükəsizlik nə qədər güclənsə də, xakkerlərin və kiberhücumların fəaliyyətləri birə on artır.

Mehdi Mustafayev: “Hal-hazırda Windows 2016-da belə xaker hücümları nəticəsində serverlər şifrələnir və müəyyən məbləğ müqabilində şifrələnən serverlərin yenidən fəaliyyətə başlaması mümkün olur”.

Bu gün Azərbaycanda kiber təhlükəsizli cəhətdən çox ciddi problemlər var. Təbii ki, müharibə şəraitində yaşayan bir ölkə üçün kiber təhlükəsizliyi çox vacibdir. Həmçinin onu da qeyd edim ki, bu günlərdə İran tərəfdən Azərbaycanın informasiya sahəsinə, o cümlədən ABŞ səfirliyinə, ABŞ-ı dəstəkləyən bir çox Avropa ölkələrinin səfirliklərinə kiber hücumlar təşkil edilməsi gözləniləndir.

Xatırladım ki, bir neçə il bundan əvvəl Rusiya Gürcüstana hücum etdi. Bu hücumla bərabər “Bakı-Tbilisi-Ceyhan” serverlərinə də Rusiya tərəfindən viruslar ötürüldü. Buna görə də boruda kiber hücumların nəticəsində baş verən partlayışdan sonra bir müddət problemlər yaşandı. Bu kimi başqa məsələləri də nəzərə alaraq vurğulayıram ki, Azərbaycanda kiberhücumlar, təhlükəsizlik cəhətdən böyük problemlər var. Bundan əlavə də Azərbaycanda devalvasiya baş verəndən sonra bir çox İT mütəxəssisləri ölkəni tərk etdi. Halbu ki, bü günkü hakimiyyət həmin İT mütəxəssisləri ölkədə saxlamağa qadir idi.

Azərbaycanda bank rəhbərləri banklarının təhlükəsizliyinə laqeyd yanaşmamalıdırlar. Həmçinin təkcə bank rəhbərləri deyil Neft Şirkəti, Milli Bank, dövlət üçün strateji əhəmiyyəti olan bütün dövlət orqanları təhlükəsizlik məsələlərinə ciddi yanaşmalıdırlar. Mən bir çox dövlət qrumlarında müşahidə aparmışam ki, orada original olmayan və xakerlər tərəfindən virusa bulaşdırılmış Windows əməliyyat sistemlərindən istifadə olunur. Bu da təhlükənin daha da artmasına gətirib çıxaran amillər sırasındadır.

Təbii ki, kompüterlər yeniləndikcə, onların keyfiyyət dərəcəsi artdıqca, daha da yüksək parametrlərə yüksəldikcə qiymətləri də qalxacaq”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ən çox oxunanalar