Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

IEA: OPEC+ ölkələri 2020-ci ildə neft hasilatını artıracaq

Beynəlxalq Enerji Agentliyi (IEA) 2020-ci ildə OPEC+ ölkələri tərəfindən neft hasilatının artırılmasını proqnozlaşdırır...

Bu barədə “APA-Economics” IEA-in hesabatına istinadən xəbər verir.

“OPEC+ ölkələri yeni razılaşmalarına əməl etmək üçün yanvar ayında gündəlik neft hasilatını təxminən 0,3 mln. barel azaltmalıdırlar. Bununla yanaşı, OPEC-ə daxil olmayan ölkələr tərəfindən 2020-ci ildə neft hasilatının artırılması proqnozlaşdırılır. Üstəlik ən güclü artım ilin birinci yarısına təsadüf edəcək”, - IEA-in hesabatında deyilir.

Bundan başqa, IEA 2020-ci ildə neftə olan tələbat üzrə artım proqnozunu gündəlik olaraq 1,2 mln. barel səviyyəsində saxlayıb ki, bu da qiymətlərin nisbətən aşağı düşməsi, qlobal ÜDM-in ötən illə müqayisədə daha yüksək olması və ticarət mübahisələrinin həllində irəliləməsi ilə dəstəklənir.

Qeyd edək ki, 2019-cu ilin 6 dekabr tarixində Vyanada keçirilən OPEC üzv və qeyri-üzv dövlətlərin nazirlərinin VI görüşündə 2020-ci ilin I rübündə gündəlik neft hasilatının daha 500 min barel azaldılması ilə bağlı qərar qəbul olunub. Bununla da OPEC+ üzrə gündəlik neft hasilatının azaldılması ilə bağlı öhdəlik 1,7 mln. barelə çatdırılıb. Hasilatın azaldılması ilə bağlı əlavə həcmlərin bölünməsi OPEC+ ölkələri arasında proporsional qaydada aparılıb.

Xatırladaq ki, dünya neft bazarının tənzimlənməsi prosesinə dəstək məqsədilə Azərbaycan da hasilatın əlavə həcmlərdə azaldılması ilə bağlı yeni Razılaşmaya qoşulub. Azərbaycan müvafiq olaraq gündəlik neft hasilatını 20 min bareldən əlavə 7 min barel də azaldacaq. Beləliklə, öhdəliyi 27 min barelə yüksələn Azərbaycan 2020-ci ilin yanvar ayından etibarən gündəlik hasilatı 769 min barel həcmində saxlamalıdır.

pia.az


Etiket: OPEC+ +


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Ən çox oxunanalar