Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Prezidentdən tapşırıq - Azərbaycanda kredit faizlərinin enməsi gözləniləndir?

Prezidentin qaldırdığı bu problemlərin həlli mümkün olacaqmı və banklar istehlak yox, biznes kreditlərinin verilməsində maraqlı olacaqlar?

Bank üzrə ekspert: “Azərbaycanda biznes mühitin qənaətbəxş olmaması, məhkəmə-hüquq sistemində olan problemlər ona gətirib ki, bu gün bizneslərin xeyli hissəsi bağlanıb”.

“İqtisadiyyat Nazirliyinin rəhbəri dəyişib və buna görə də həmin nazirliyə ümid daha çoxdur. Amma əgər Mərkəzi Bank bu problemi həll edə bilirdisə, elə bu necə illərdə edərdi”.

Bu sözləri bank üzrə ekspert Əkrəm Həsənov Preziden İlham Əliyevin keçirdiyi müşavirədə kreditlər haqqında verdiyi tapşırıqları PİA.az-a şərh edərkən qeyd edib.

Prezidenti İlham Əliyev 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə çıxışı zamanı deyib ki: “Banklara 2 milyard manat resurs verilib və yenə də kreditləşmədə istehlak kreditləri üstünlük təşkil edir. Bu da çox təhlükəli tendensiya ola bilər. Ona görə biz elə etməliyik ki, bank sektoru daha çox real sektoru dəstəkləsin.

Ona görə biznes kreditlərinin verilməsində baxın, hansı mexanizm olmalıdır ki, banklar da bunda maraqlı olsunlar. Həm də ki, Mərkəzi Bank da buna nəzarət etsin. Yoxsa, biz bunu başlı-başına buraxa bilmərik”.

“Əlbəttə, bəzi banklar üçün istehlak kreditləri daha da asandır, daha əlverişlidir. Ancaq ölkə iqtisadiyyatı üçün biznes kreditləri üstünlük təşkil edir. Ona görə İqtisadiyyat Nazirliyi ilə birlikdə bu məsələləri müzakirə edin. İndi İqtisadiyyat Nazirliyinin, Sahibkarlara Kömək Fondunun xətti ilə təqribən 170 milyon manat güzəştli kreditlər nəzərdə tutulur.

Uçot dərəcəsi düşdükdə artıq özəl banklar tərəfindən verilən kreditlərin də faiz dərəcəsi güzəştli kreditlərin səviyyəsinə yaxınlaşacaqdır. Ona görə burada uzlaşma olmalıdır. Bank sektoru böyük bir alətdir, yəni iqtisadiyyatın real sektoruna dəstək verməlidir. Bank sektorundan heç bir sürpriz olmamalıdır.

Bu il onların fəaliyyətinə, kreditlərin verilməsinə çox güclü nəzarət olmalıdır. O cümlədən şübhəli kreditlərin verilməsi ilə bağlı mexanizm olmalıdır ki, biz artıq hadisə baş verəndən sonra yox, bəri başdan bunun qarşısını ala bilək. Bank sektorunun məsuliyyəti də artıbdır, çünki biz bütün əmanətlərin sığortalanmasını davam etdirmişik. Bu da dünya miqyasında nadir hadisələrdən biridir.

Biz bunu bir neçə il bundan əvvəl ona görə etdik ki, etimadı artıraq. Hazırda bank sektoruna etimad hesab edirəm ki, yüksək səviyyədədir. Manatın məzənnəsi 3 ildən çoxdur ki, sabitdir, iqtisadiyyat möhkəmlənir, tədiyə balansının saldosu 6 milyard dollardır. Yəni, heç bir təhlükə yoxdur. Ona görə əmanətlərin dövlət tərəfindən tam sığortalanması çox böyük addımdır və bu, bank sektorunun məsuliyyətini artırır.

Nəzarət elə olmalıdır ki, sürpriz olmasın və Mərkəzi Banka verilmiş yeni səlahiyyətlər hesab edirəm ki, bu məsələnin həllinə köməklik göstərə bilər”, deyə dövlət başçısı bildirib.

Prezidentin qaldırdığı bu problemlərin həlli mümkün olacaqmı və banklar istehlak yox, biznes kreditlərinin verilməsində maraqlı olacaqlar? Həmçinin Prezidentin dediyi kimi kreditlərdə faiz dərəcəsinin enməsi gözləniləndir?

Mövzunu PİA.az-ın əməkdaşı bank üzrə ekspert Əkrəm Həsənovla müzakirə edib.

Əkrəm Həsənov: “Mərkəzi Bank bütün banklara eyni, bərabər hüquqda kreditlər verməlidir. Əgər Mərkəzi Bank bu cür şəffaf kreditlər verməsə, çox təəssüf ki, heç nə dəyişməyəcək”.

Mərkəzi Bankın saytında uçot dərəcələri üzrə statistika aparandığını vurğulayan bank üzrə ekspert PİA.az-a açıqlamasında bildirib ki, Mərkəzi Bankda uçot dərəcəsi müxtəlif vaxtlarda dəyişib. Amma bu uçot faizlərinin bazar faizlərinə heç bir təsiri olmayıb:

“Bankların istehlak kreditinə üstünlük verməsi haqqında mən əvvələr də demişdim ki, burada əsas səbəb bankların riskləri ilə bağlıdır. Yəni biznes kreditləri üzrə risk yoxdur. Həm biznes kreditlərində faiz dərəcəsi daha aşağı olur və banklar az qazanc əldə edirlər.

Ümumiyyətlə Azərbaycanda biznes mühitin qənaətbəxş olmaması, məhkəmə-hüquq sistemində olan problemlər ona gətirib ki, bu gün bizneslərin xeyli hissəsi bağlanıb. Qalan bizneslər isə banklardan kredit götürmək istəmirlər. İstəyənlərə isə banklar kredit vermirlər. Çünki bankların həmin kreditlərin geri qayıtmasında şübhəsi var və təəssüf ki, məhkəmə-hüquq sistemində olan koorupsiyadan bəzi sahibkarlar istifadə edirlər. Onlar aldıqları kreditlərin yarısını məhkəmələrə xərcləyirlər və krediti qaytarmırlar. Ən azı xeyli vaxt udurlar.

Bu bir reallıqdır ki, dediyimiz problemlər problem olaraq bu gün də qalır. Amma Mərkəzi Bankla İqtisadiyyat nazirliyi stimullaşdıra bilər ki, banklar biznes kreditləri verməkdə daha maraqlı olsunlar. Məsələn onlar aşağı faizlə banklara biznes kreditləri verə bilərlər ki, məhz bu kreditlər real sektora sərf edilsin. Bu cür verilən kreditlərə isə nəzarət sistemi olmalıdır.

Əkrəm Həsənov: “Mərkəzi Bankın indiki rəhbəri bu problemi həll edə bilmədi və yaxud da həll etmək istəmədi”.

Bildiyimiz kimi İqtisadiyyat Nazirliyinin rəhbəri dəyişib və buna görə də həmin nazirliyə ümid daha çoxdur. Amma əgər Mərkəzi Bank bu problemi həll edə bilirdisə, elə bu necə illərdə edərdi. Mərkəzi Bankın indiki rəhbəri bu problemi həll edə bilmədi və yaxud da həll etmək istəmədi. Mərkəzi Bankın rəhbərliyi vəzifədə qalana qədər bu problemlər həll edilməyəcək.

Mən Mərkəzi Bankın saytına baxmışam və statistikam var. 2014-cü ildən bu yana götürəndə, 6 il ərzində Mərkəzi Bankın uçot dərəcəsi ən azı 3, ən çoxu 15 faiz olub. Müxtəlif vaxtlarda da dəyişib. Yəni uçot dərəcəsi 5-10 faiz də olan vaxtlar olub. Amma bu uçot faizlərinin bazar faizlərinə heç bir təsiri olmayıb. Hətta bəzən əks proseslər baş verib. Yəni bəzən Mərkəzi Bank uçot dərəcəsini aşağı salıb, amma faizlər qalxıb. Yaxud da Mərkəzi Bank uçot dərəcəsini qaldırıb, amma faizlər düşüb. Məsələn 2016-cı ildə bu proses baş verdi.

Bu cür əks proseslərin baş verməsinin səbəbi isə tək uçot dərəcəsinin dəyişməsidir. Mərkəzi Bank bütün banklara eyni, bərabər hüquqda kreditlər verməlidir. Əgər Mərkəzi Bank bu cür şəffaf kreditlər verməsə, çox təəssüf ki, heç nə dəyişməyəcək”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub 

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - Foto

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Ən çox oxunanalar