Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Səfirlər hara qədər toxunulmazdır?

Böyük Britaniyanın İrandakı səfiri Robert Macairenin paytaxt Tehranda həbs olunması diplomatların fəaliyyət göstərdikləri ölkənin daxili işlərinə qarışması məsələsini yenidən gündəmə gətirib...

Yenisabah.az xəbər verir ki, Robert Macaire də həbs olunarkən İranın daxili işlərinə qarışmaqda, Tehrandakı Əmir Akabir Universitetində etiraz nümayişlərini təşkil etməkdə günahlandırılıb.

Böyük Britaniyanın Xarici İşlər Nazirliyi bu hadisəni “beynəlxalq hüququn kobud şəkildə pozulması” adlandırıb.

Bu hadisə Britaniyaİran arasında ilk “diplomatik” qalmaqal deyil. 2011-ci ildə Britaniyanın İrandakı, 2018-ci ildə isə İranın Britaniyadakı səfirliyi hücuma məruz qalıb. Bu hadisələrdən sonra iki ölkə münasibətlərində ciddi soyuqluq yaranıb.

Zaman-zaman bu və ya digər ölkələrdə dipolmatlar ölkələrin daxili işlərinə qarışmaqda ittiham olunur. RusiyaBritaniya arasında, eləcə də ABŞRusiya arasında bu cür qalmaqallar baş verib. Azərbaycanda da bir neçə dəfə xarici ölkə diplomatlarının və ya diplomatik nümayəndəlik əməkdaşlarının daxili işlərə müdaxiləsi ilə bağlı rəsmi şəxslərin açıqlaması olub.

Ekspertlər hesab edir ki, bir çox hallarda Qərb ölkələrinin diplomatları fəaliyyət göstərdikləri ölkələrdə özlərini çox sərbəst hiss edir. Bu baxımdan fəaliyyət göstərdikləri ölkələrdə baş verən hadisələrə münasibətdə həmin ölkələrin daxili işlərinə qarışdıqlarının fərqinə varmırlar. “Bu, xüsusilə böyük güclərin diplomatik nümayəndələri üçün xarakterik haldır. Onlar məsələyə insan hüquq və azadlıqları konteksində yanaşır, amma bu zaman ölkədə stabilliyin pozula biləcəyi və bunun dəhşətli nəticələrə səbəb olacağını nəzərə almırlar. Diplomatik nümayəndəliklər problemləri qarşırdurma yolu ilə küçələrdə deyil dialoqla masa arxasında həllini təşviq etməlidir”, - deyə ekspertlər bildirir.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi açıldı - Yenilənib

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Ən çox oxunanalar