Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İranın iki xilaskarı - Çin və Rusiya İrana görə müharibəyə girişərlərmi?

Amerika ilə qarşıdurmada İranın ən böyük qorxusu təklənməkdir...

ABŞ-ın isə İrandan fərqli olaraq, müttəfiqlər axtarmağa elə də böyük ehtiyacı yoxdur.

Əvvəla, onun hərbi büdcəsi 800 milyard dollara yaxındır.

İkincisi, İranın qonşuları - İraq, Səudiyyə Ərəbistanı, Küveyt, Bəhreyn, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman və Əfqanıstanın ərazisində ABŞ-ın hərbi kontingenti var.

Ancaq İran təcriddən çıxmaq üçün yollar axtarmağa məcburdur. İraqı İranın müttəfiqi adlandırmaq yersiz və gülünc söhbətdir, çünki bu ölkə tapdaq altındadır və orada ABŞ-ın bir neçə hərbi bazası yerləşir. Həm də İraqda və xüsusən də onun paytaxtı Bağdadda ABŞ-ın güclü kəşfiyyat şəbəkəsi fəaliyyətdədir. İraqın Amerika hərbçilərini ölkədən çıxarmaq cəhdi mümkünsüz görünür. İrana Amerika qarşısında duruş gətirə biləcək müttəfiqlər lazımdır. Hazırda Rusiya və Çin təkcə İran məsələsində deyil, daha geniş geostrateji məkanda Amerika ilə mübarizə aparmağa girişib. Ancaq hələlik onlar İrana ən radikal formada dəstək verməkdən çəkinirlər. Çünki nəhəng ABŞ-la birbaşa üz-üzə gəlmək ehtiyatsızlıq olar.

Bəli, indi bu mövzu beynəlxalq siyasi arenada böyük maraq doğurur və demək olar ki, dünya mediasının gündəmindən düşmür.

Məsələn, Honkonqun ingilis dilli “South China Morning Post” qəzetində dərc olunan “ABŞ-İran böhranı Çin və Rusiyanı Yaxın Şərq müharibəsinə cəlb edə bilər” başlıqlı məqalə belə səpgili yazılardan biridir. Həmin məqalədə deyilir: “Amerikan ordusunun 3 yanvar tarixli hücumu nəticəsində Qasım Süleymani ilə yanaşı, İraqın hərbiləşdirilmiş “Kətaib Hezbolla” dəstəsinin rəhbəri Əbu Mehdi əl-Mühəndisinin öldürülməsindən bir neçə gün öncə Çin, Rusiyaİran Hind okeanı və Oman körfəzində birgə hərbi təlimlər keçirmişdilər. Bu ölkələr arasındakı əlaqələrin möhkəmləndirilməsi cəhdinə nümunə kimi İranın xarici işlər naziri Cavad Zərifin keçən il Pekinə dörd dəfə səfər etməsini göstərmək olar.

Əgər Suriya, Liviya və Yəmən daxilindəki münaqişələri, İsrail və Fələstin arasındakı qarşıdurmanı, həmçinin də İraq və Livandakı iğtişaşları nəzərə alsaq, onda bəlağətsiz deyə bilərik ki, Yaxın Şərq barıt çəlləyidir.

Üstəlik, ABŞ-ın son fəaliyyətləri regional sabitliyi təxribata çəkib, poza biləcək səviyyədədir. Donald Tramp 2015-ci ildə altı ölkənin İranla bağladığı nüvə müqaviləsindən çəkildiyini bəyan etdikdən sonra İranABŞ arasındakı gərginlik daha da artmağa başlayıb. Amerika prezidenti səbəb kimi onu göstərir ki, İran orta və kiçik mənzilli raketlər və həmçinin də Pilotsuz Uçuş Aparatları yaradır. Və buna görə də ABŞ İrana sanksiya tətbiq etməyə başladı.

Çin və Rusiya amerikanların bu cür hərəkətlərinə qarşı çıxaraq, İrana sanksiya tətbiq etməyin qəti əleyhinə olduqlarını bildirdilər. Vaşinqton İran rejimini izolyasiyaya salmaq yolunda Pekin və Moskvanı əngəl hesab edir. Lakin buna baxmayaraq, gərginliyin şiddətlənməsi Moskva və Pekini Tehranla daha da yaxınlaşdırdı. ABŞ maraqlarına ziyan vurmaq məqsədiylə birgə əməkdaşlıq etdikləri üçün Vaşinqton bu üç ölkəni özünə düşmən sayır. Eyni zamanda bir çox siyasi icmalçı hesab edir ki, bu birlik anti-Amerika alyansının formalaşmasının ilkin əlamətidir.

ABŞ təşəbbüsü ilə aparılan anti-İran sanksiyaları məcbur edir ki, Çin İran iqtisadiyyatı üçün xilasedici həlqə, Rusiya isə silah və hərbi texnikanın başlıca tədarükçüsü olsun. 31 dekabrda İranın xarici işlər naziri çinli həmkarı ilə birlikdə söz verib ki, hər iki ölkə onlara hədə-qorxu gələnlərlə mübarizədə çiyin-çiyinə dayanacaq. Lakin yaddan çıxarmayaq ki, Yaxın Şərqdə müharibə Pekinə lazım deyil. Çünki bu region onun “Bir zolaq, bir yol” adlandırdığı transmilli ticarət planında çox mühüm rol oynayır. 2016-cı ildə başlanmış 25 illik proqram çərçivəsində Pekin İran iqtisadiyyatına böyük həcmdə - 400 milyard dollar investisiya yatırmağı planlaşdırır. Bu vəsait bəndlərin, zavodların, aeroportların, yolların və Tehranda metro tikintisinə yönələcək. Bildiyimiz kimi, İran Çinə neft nəql edən mühüm ölkədir və münaqişə vəziyyətində neft tədarükü təhlükə altına düşür. Digər yandan isə, Çin tərəfindən Amerikanın maraqlarına vurulmuş istənilən zərbə, iki ölkə arasında gedən ticarət danışıqlarının pozulmasına gətirib çıxarar. Hal-hazırda Çin bu məsələdə Amerika ilə çox çətinliklə olsa da, müəyyən razılaşmalar əldə etməyə nail olub. Deməli, əgər Pekin Tehranı dəstəkləmək istiqamətində hansısa real addımlar atarsa, onda o, doğrudan da çox şey itirə bilər.

Çin, həmçinin Səudiyyə Ərəbistanı və onun müttəfiqləriylə də dostluq münasibətləri saxlamağa çalışır. Hansı ki, həmin ölkələr İranla düşməndirlər və onlar Amerikanın təhlükəsizlik çətiri altına yığışıblar.

Çinlə müqayisədə Rusiya hələ sovet dövründən Yaxın Şərq işlərinə daha dərindən dalıb və İranla yaxşı münasibət qurub. Tarixi ziddiyyətlərə baxmayaq, Moskva və Tehran Suriyaİraq münaqişəsində strateji müttəfiqdilər. Amma hər halda Rusiyanın hazırkı əsas prioriteti Şərqi Avropadır və onun Yaxın Şərq bölgəsindəki iqtisadi maraqları nisbətən azdır.

Son illər Çin və Rusiya Amerikanın təhlükəsizlik maraqlarına qarşı müştərək fəaliyyət göstərirlər. Bu iki ölkə Amerikanın BMT-dəki təşəbbüslərinin əleyhinə gedərək, onun Təhlükəsizlik Şurasında irəliyə sürdüyü istənilən qətnaməni əngəlləyirlər. İndi bəllidir ki, onlar Amerikan hegemoniyasına qarşı mübarizədə və çoxqütblü dünya yaradılması məsələsində İranı özlərinin müttəfiqi qismində görürlər.

Vaxtilə ABŞ prezidenti Ronald Reyqan Sovet İttifaqını “şər oxu” adlandırmış, onun xələflərindən biri - kiçik Corc Buş isə İran, İraq və Şimalı Koreya kimi ölkələrdən ibarət “şər oxu” ortaya çıxarmışdı. Vaşinqton və Brüssel Çini və Rusiyanı “təftişçi”, Tehranı isə ”üzdəniraq ölkə” adlandırır. Əlbəttə, həmin ölkələrə belə adların taxılması, onları Qərbə qarşı daha möhkəm birləşdirir.

ABŞİran arasında gərginliyin böyüməsinə Moskva və Pekinin şad olması istisna olunacaq hal deyil. Belə ki, Yaxın Şərqdəki münaqişələr Amerikanın Şərqi Avropa və Asiya-Sakit okean regionlarına göstərdiyi diqqəti dağıdır. Əgər İranABŞ arasında münaqişə meydana gələrsə, onda heç şübhəsiz ki, Çin və Rusiya bundan istifadə edərək, regionda öz nüfuz sferalarını qaldırmağa və yaranmış vəziyyətdən maksimum fayda götürməyə çalışacaqlar. Amma onları birbaşa döyüşə çəkə biləcək stimul olmadığı üçün Rusiya və Çinin real fəaliyyətləri yalnız anti-Amerika ritorikası və İrana mənəvi dəstək verməklə məhdudlaşacaq.

Və nəhayət, məgər doğrudanmı Tehran elə bir sadiq dost və ya möhkəm müttəfiqdir ki, Pekin və Moskva onun uğrunda ABŞ-la döyüşsün?

Bəlkə İran “mənfəət naminə dost” olduğu üçün Rusiya və Çin köhnə və praqmatik - “düşmənimin düşməni mənim dostumdur” şüarına əsasən hərəkət edəcək?..." (azpolitika.info)

pia.az


Etiket: Çin ABŞ


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Paytaxtda 600 manata səməni satılır? - Video    

Ən çox oxunanalar