Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ombudsman Səbinə Əliyeva Vladimir Şkolnikov ilə görüşüb

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Cənubi Qafqazdakı ofisinin insan hüquqları üzrə baş müşaviri Vladimir Şkolnikov ilə görüşüb...

Ombudsman Aparatından APA-ya verilən məlumata görə, Səbinə Əliyeva Ombudsman təsisatının fəaliyyəti dövründə BMT və onun struktur bölmələri ilə sıx əlaqələr yaradıldığını, birgə layihələr reallaşdırıldığını diqqətə çatdırıb.

S.Əliyeva BMT-nin müxtəlif sahələr üzrə ixtisaslaşmış qurumları, o cümlədən İnsan Hüquqları üzrə Ali Komissarlığı, bu qurumun regional ofisi ilə səmərəli əməkdaşlıq əlaqələrinin davam etdirilməsinin əhəmiyyətindən bəhs edib. Vurğulanıb ki, birgə maarifləndirmə layihələri çərçivəsində paytaxtda və ölkənin regionlarında BMT-nin İnsan Hüquqları mexanizmləri, Azərbaycan-BMT əməkdaşlığı, BMT-nin müqavilə orqanlarına hesabatların verilməsi ilə bağlı yerli qeyri-hökumət təşkilatlarının maarifləndirilməsi, Əlilliyi olan şəxslərin hüquqları haqqında

Konvensiyada təsbit olunmuş hüquq və azadlıqların Azərbaycanın milli qanunvericiliyində implementasiyası vəziyyəti, Davamlı İnkişaf Məqsədlərinin təbliği və digər bu kimi mövzularda keçirilən təlimlərə jurnalistlər, vəkillər, hüquqşünas tələbələr və qeyri-hökumət təşkilatları fəal şəkildə cəlb olunublar. Eyni zamanda, əhalinin həssas qrupları üçün Ombudsmanın Regional Mərkəzlərində birgə pulsuz hüquqi yardım kampaniyası təşkil edilib. Hazırda BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyi ilə birgə maarifləndirici təlim proqramı həyata keçirilməkdədir.

V.Şkolnikov təmsil etdiyi qurumun Azərbaycan Ombudsmanı ilə əməkdaşlığa böyük önəm verdiyini, insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində yaradılmış səmərəli əməkdaşlıq əlaqələrinin gələcəkdə daha da inkişaf etdirilməsində maraqlı olduğunu qeyd edib.

Görüşdə Ombudsman təsisatı və BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı arasında prioritet əməkdaşlıq istiqamətləri müzakirə olunub.

Ali Komissarlığın Azərbaycan nümayəndəliyinin rəhbəri Kamran Bağırov görüşdə iştirak edib.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar - Yenilənib

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib - Yenilənib

Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib

Ən çox oxunanalar