Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dərin Amerika Liviya üçün necə bir gələcək yaradır?..

“Atəşkəs” planı Vaşinqtonun qəbul etməyəcəyi bir planı idi. Həftarı Moskvaya göndərən Pentaqon bu razılaşmanın baş tutmayacağını bilirdi. Lakin Türkiyə bilmirdi...

Ergün Diler
“Takvim” qəzeti, Türkiyə, 15 yanvar 2020-ci il

Liviyanın şərqini nəzarət altında saxlayan feldmarşal Xəlifə Həftar Rusiyadakı sülh danışığından imtina edib. Rusiya Həftarın 2 günlük vaxt istədiyini açıqlayıb. Ərdoğan isə “ölkənin qanuni rəhbərliyinə və Liviyadakı qardaşlarımıza hücum etməyə davam etsə, Həftara lazımi dərsi verməkdən çəkinməyəcəyik”, deyib.

Bəs əslində nə baş verib? Həftar necə qaçdı? Masadan qalxmasını kim istədi? Bu sualların cavabı Aralıq dənizini də, Yaxın Şərqi də doğru şəkildə başa düşməyimizə kömək edəcək.

Bu gün məsələyə bir az fərqli aspektdən yanaşaq.

Feldmarşal Həftar Liviyadakı enerji yataqlarını Pentaqona bağlamaq üçün yola düşüb. Pentaqon önəmli işlərini Həftarın Tripolini işğal etməsi üçün tamamlayıb. Lakin sonra isə gözlənilməz bir addım atılıb. Türkiyə Liviya il çox önəmli bir müqavilə imzalayıb.

Plana görə, Həftar və ordusu 2019-un oktyabrında Tripolini almalı idi. Lakin araya Türkiyə girib. Əvvəla 800 nəfərlik xüsusi birlik göndərilib. Onlar regionun dilini bilən adamlar idi. İlk addım bu idi. Sonra isə peşəkarlara vəzifə verilib. Bu da Həftarın planlarına zərbə vurub.

Bəs Həftarın vəzifəsi nə idi? Əsas məsələ budur. Həftar Tripolini işğal etsəydi, enerji yataqlarının 80%-i Vaşinqtona, 20%-i isə Moskvaya gedəcəkdi. Bu məsələ müzakirə edilmir. Türkiyə də bunu bildiyi üçün həmlə edib.

Atəşkəs və ya sülh masası qurulub. Rusiya da Ankaranın israrı və təzyiqi ilə bunu təsdiqləyib. Vəziyyət tam da burada kəskinləşib. “Atəşkəs” planı Vaşinqtonun qəbul etməyəcəyi bir planı idi. Həftarı Moskvaya göndərən Pentaqon bu razılaşmanın baş tutmayacağını bilirdi. Lakin Türkiyə bilmirdi.

Gözlənilən kimi olub, Həftar razılaşmadan imtina edib. Feldmarşal Həftar dərhal “Lockheed Martin”in sədri Merilin Hisona zəng edib və atəşkəsdən imtina edəcəyini bildirib. Daha sonra isə ABŞ Müdafiə naziri Mark Esperə zəng edib. Esperin də CV-sində “Lockheed Martin”in olduğunu xatırlamaq lazımdır. Həftar ABŞ Dərin övlətinin önəmli simaları ilə əlaqə yaradırdı. Başqa sözlə, rəhbərləri ilə danışırdı. Yəni Həftar Dərin Amerikaya məlumat verirdi. Bu şəxslərdən gələn əmrlər də bəlli idi.

Həm Hison, həm də Esper ona atəşkəsdən imtina etməsini əmr edib. Təbii ki, o da bunu etdi. Moskvadan çıxan Həftar Şeremetyevo hava limanından Polşa yaxınlığına gedib. General Həftar təsadüfən MKİ casuslarının Avropa uçuşları zamanı istifadə etdikləri “Dassault Falcon 900” təyyarəsi ilə səyahət edirdi. General Həftar Polşadakı MKİ casuslarının ən etibarlı evlərindən birinə gedib. Bu ev Baltik respublikalarına nəzarət edən bir qərargahdır.

İndi isə Həftar açıq şəkildə Liviyanın prezidenti olmağa hazırlanırdı. Pentaqon Sisi modeli ilə Liviyada bir keçid dövrü yaratmağı planlaşdırır. Ona görə, atəşkəs olsa belə, buna əməl edilməyəcək. İdlibdə də atəşkəs əldə olunub, amma heç kim əməl etmir. Çünki orada rəsmi bir razılaşma qəbul edilmir. Eyni şey Liviyaya da aiddir. Rusiyanın Liviyada nə işi var? Elə buna görə, Vaşinqton sadəcə olaraq 20%-lik pay verir. Rusiya da çox yanlış zamanda bu 20%-i qəbul edir. Çünki Liviyada 20% enerji 2 trilyon dollara bərabərdir.

Bəs Putin nə deyir? “Rusiya özəl qüvvələri olan “Wagner”in pulunu biz ödəmirik” deyən Rusiya prezidenti, görəsən, kimi nəzərdə tuturdu?

Digər tərəfdən, Fransa və hətta Almaniya da Liviyada olmaq istəyirdi. Lakin Fransa və Almaniya çox gecikdi. İngiltərə isə Türkiyə ilə birlikdə Liviyada olmaq istəyirdi. Lakin bundan bir nəticə çıxmayacaq. Daha sonra da İngiltərə ilə Türkiyə Liviya məsələsini müzakirə edəcək. Vaşinqton da bunu bildiyi üçün Həftarın atəşkəsi imzalamasını qəbul etməyəcək. Etsə də, həyata keçirməyəcək.

Liviya çox çox önəmlidir. Bu ölkə Aralıq dənizindəki sahili ilə çox dəyərli bir regiondur. Ona görə də, Pentaqon istənilən halda buradan böyük pay götürmək istəyir.

Liviyanın hədəf olması ilə digər bir məsələ isə Rusiyanın çox əvvəl bölgəyə muzdlu əsgər göndərməsi idi. Əgər Rusiya bölgədə olmasaydı, ABŞ istədiyini alar və Liviyada bu gün müqavilə bağlanardı. Sadəcə Liviyada üçün deyil, Yaxın Şərq üçün də qaranlıq günlər görünür. Çünki bölgə çox dəyərlidir və dəyərli olan hər bölgədə ABŞ əsgərlərini görürük. Ona görə də, sərt addımlar atılacaq. Bunun üçün də hazırlıqlar davam edir.

Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri Livana sərhədi olan Misirlə razılaşma əldə edib. İsrailin aktiv olacağı bir struktur Livanda önə çıxacaq. Ərəbistan və BƏƏ də bu quruluşu dəstəkləyəcək.

İran əməliyyatı ilə birlikdə hazırki gizli hədəflərdən biri də Livandır. Çünki İranın Livandakı təsirinin qırılması da çox önəmli idi. Yaxın zamanda Livanın adını daha çox eşidəcəyik. Yaxın Şərq həmişə qarışıq vəziyyətdə olub və yenə belə olmağa davam edəcək.

Keçən il Venesueladakı problemlərdən danışırdıq. Necə oldu ki, bu problem həll edildi? Xatırlayırsınızmı? Xeyr. Çünki Çinin Venesuela ilə bağladığı bütün müqavilələr ləğv edildi. Yəni çox önə çıxmasa da, Çin hər hadisənin mərkəzində yer alır. Çinin hər yerdən qovmaq üçün ABŞ əlindən gələni edir. Çinin olduğu hər yerə ya ABŞ özü girəcək, ya da kiçik paylar verərək izləyici toplayacaq. Süleymani sui-qəsdi ilə ABŞ onun qarşısını aldı, Çin də cavab verə bilmədi. Vəziyyət belə olduqda Pentaqon daha sərt addımlarla irəliləməyə qərar verib və onun getdiyi hər yerdə əsas hədəfi Çindir.

Qeyd: Görəsən, Həftarla bağlı bütün detallar niyə MKİ-yə yaxın olan qaynaqlara sızdırılıb?

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Daha bir kənddə təmtəraqlı yas mərasimləri ilə bağlı qərar

Ən çox oxunanalar