Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İlham Əliyevin Azərbaycanla Ermənsitanı müqayisə etməsinin gizlinləri... - Politoloqdan şərh

Politoloq: “Prezident müşavirədə Azərbaycanla Ermənistanı daxili auditoriyaya görə müqayisə etmədi. Prezident bu müqayisəni etməklə faktları xarici tərəfdaşlarımıza xatırlatdı”...

“Əslində hamıya məlumdur ki, Azərbaycanla Ermənistanı müqayisə etmək mümkün deyil. Çünki iqtisadi, siyasi parametrlərinə görə çox fərqli dövlətlərdir”.

Bu sözləri politoloq İlqar Vəlizadə Prezident İlham Əliyevin 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə Azərbayacanla Ermənistanı müqayisə etməsinin səbəblərini PİA.az-a şərh edərkən qeyd edib.

Prezident İlham Əliyevin 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə demək olar ki, bütün sahələrdə Azərbayacanla Ermənistanı müqayisə edib. Prezident bildirib ki, son zamanlar Ermənistanın Baş naziri ölkəsini tez-tez Azərbaycanla müqayisə edir və Ermənistanın Azərbaycanı bir çox parametrlər üzrə qabaqladığını söyləyir, amma bu fərziyyənin heç bir əsası yoxdur.

“İdman dili ilə desək, Azərbaycan ali, Ermənistan isə üçüncü liqadadır və getdikcə bu fərq daha da böyüyəcək” - Prezident İlham Əliyev söyləyib.

Həmçinin İlham Əliyev deyib ki, əksinə, Azərbaycan Ermənistanı ordu, ÜDM, valyuta ehtiyatları, xarici ticarət dövriyyəsi, sərmayə qoyuluşu, əməkhaqları və pensiyalar, məhkəmə azadlığı və digər göstəricilərə görə üstələyir.

“Bilirsiniz, əvvəllər mən Azərbaycanı heç bir ölkə ilə heç vaxt müqayisə etməmişəm. Biz işimizi kimisə qabaqlamaq üçün görmürük. Biz işimizi Azərbaycan xalqı, dövləti naminə görürük, sadəcə olaraq, məcbur olub Ermənistanın növbəti yalanlarını ifşa etmək üçün bu müqayisəli təhlili sizə və Azərbaycan xalqına təqdim etdim”.

Mövzunu PİA.az-ın əməkdaşı politoloq İlqar Vəlizadə ilə müzakirə edib.

İlqar Vəlizadə: “Ekspertlər, siyasətçilər başa düşməlidirlər ki, əslində Ermənistan regionda apardığı siyasi səhnədə uduzub”.

Beynəlxalq iştirakçıların Azərbaycanla Ermənistan arasında olan göstəriciləri görməməzlikdən gəldiklərini vurğulayan politoloq PİA.az-a açıqlmasında əlavə edib ki, onlar bu vəziyyətdən sadəcə olaraq istifadə etməyə çalışırlar. Yəni beynəlxalq iştirakçılar zəif Ermənistana nə isə vəd edirlər ki, Ermənistan onlarla bu oyunu oynasın. Amma bu oyun nə Ermənistana, nə də regiona xeyir gətirmir:

“Əslində hamıya məlumdur ki, Azərbaycanla Ermənistanı müqayisə etmək mümkün deyil. Çünki iqtisadi, siyasi parametrlərinə görə çox fərqli dövlətlərdir. Prezident də müşavirədə düz vurğulayıb ki, şərti götürəndə ali liqada biz ola bilərdik. Düşünürəm ki, Prezident müşavirədə Azərbaycanla Ermənistanı daxili auditoriyaya görə müqayisə etmədi. Prezident bu müqayisəni etməklə faktları xarici tərəfdaşlarımıza xatırlatdı.

Məlumdur ki, Ermənistan regionda müəyyən aktivlik göstərmək istəyir. Bu aktivlikdə də Ermənistan digər ölkələrə arxalanır və həmin ölkələri də öz tərəfindən aktivliyə cəlb etmək niyyətindədir. Buna göə də Ermənistan müxtəlif uydurmalar edirlər. Belə uydurmaların biri də bu yaxınlarda Paşinyanın dilindən çıxıb. Yəni Paşinyan bildirib ki, Ermənistan iqtisadiyyatı inkişaf edib və iqtisadiyyatda xüsusi göstəricilər var və s. Amma Ermənistanın daxilindəki ciddi siyasətçilər və iqtisadçılar Paşinyanın bu fikirlərini tənqid etdilər. Onlar bildirdilər ki, bu əsassız bir bəyanatdır.

Hətta Gürcüstanın da həm rəsmi orqanları, həm də müxalifətdə olan siyasətçiləri, o cümlədən Sarkaşvili də Paşinyanı bəyanatına görə tənqid etdi. Amma çox təssüf olsun ki, bir çox dövlətlər Paşinyanın bəyanatına real yanaşdılar. Yaxud da həmin ölkələr Paşinyanın yalanlarına özlərini inandırmağa çalışdılar. Prezident İlham Əliyev də konkret rəqəmləri göstərərək qeyd etdi ki, bu mümkün olan iş deyil.

Ekspertlər, siyasətçilər başa düşməlidirlər ki, əslində Ermənistan regionda apardığı siyasi səhnədə uduzub. Regiondakı vəziyyətin göstərici olaraq mən bir neçə rəqəmi misal çəkim. Azərbaycanın ümumi daxili məhsulu 40 milyard dollardan çoxdur. Ermənistanın ümumi daxili məhsulu isə 13 milyarddır. 40 milyardla 13 milyard müqayisə oluna bilməz. Yaxud da Azərbaycanın xarici ticarət dövriyyəsi 33 milyard dollardır. Ermənistanın xarici ticarət dövriyyəsi isə təxminən 7-8 milyard dollardır. İndi 33 milyard dollar hara, 7-8 milyard dollar hara.

İlqar Vəlizadə: “Gürcüstanın həm rəsmi orqanları, həm də müxalifətdə olan siyasətçiləri, o cümlədən Sarkaşvili də Paşinyanı bəyanatına görə tənqid etdi”.

Həmçinin məlumdur ki, Azərbaycanın əhalisi 10 milyondur. 10 milyon da o deməkdir ki, ən azı 10 milyonluq bazarımız var. Bu 10 milyonun içində uşaqları, qocaları çıxanda da yenə 7 milyon alıcılıq qabliyyətli insan qalır. Ermənistanda alıcılıq qabliyyətinə məxsus olan insanların sayı təxminən 1 milyon yarımdır. Onu da qeyd edim ki, Azərbaycanda alıcılıq qabliyyəti səviyyəsi də çoxdur. Çünki adambaşına düşən gəlirlərimiz Ermənistandan çoxdur.

Hətta Ermənistanda rəsmi statistikada göstərilir ki, ölkə əhalisinin 25 faiz yoxsuldur. Bu hələ rəsmi statistikadır. Bildiyimiz kimi rəsmi statistikada rəqəmlər həmişə azaldılır. Buna görə məlum olur ki, real vəziyyət göstərilən rəqəmdən də acınacaqlıdır. Ermənistanda yaşayan əhali də açıqlanan statistikaya çox pessimist yanaşır. Yəni Ermənistanda əhalinin təxminən yarısı yoxsulluq vəziyyətində yaşayır.

Mənim dediyim göstəricilər sadə göstəricilərdir. Amma bir daha qeyd edim ki, təəssüflər olsun ki, beynəlxalq iştirakçılar bu göstəriciləri görmürlər. Yaxud da onlar bu vəziyyətdən sadəcə olaraq istifadə etməyə çalışırlar. Yəni beynəlxalq iştirakçılar zəif Ermənistana nə isə vəd edirlər ki, Ermənistan onlarla bu oyunu oynasın. Amma bu oyun nə Ermənistana, nə də regiona xeyir gətirmir”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar