Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Bakcell" yeni "099" prefiksini istifadəyə verib

Azərbaycanın ilk mobil rabitə operatoru olan “Bakcell” şirkəti yeni “099” (və ya beynəlxalq yığım qaydası +99499 olan) mobil prefiksini kommersiya istifadəsinə verib. Nömrələrin satışı bu gündən etibarən həyata keçiriləcək...

Şirkətdən verilən məlumata görə, yeni “099” prefiksi sayəsində istifadəçilər geniş çeşidli yeni nömrələrdən seçim imkanı əldə edəcəklər. İlkin mərhələdə “Bakcell” abunəçilərinə “099”la başlayan və uşaqların doğum günü və ya həyatlarının hər hansı əhəmiyyətli günü ilə bağlı olan xüsusi kombinasiyalı mobil nömrələr əldə etmək imkanı veriləcək. Həyatlarının vacib və yaddaqalan hadisəsini mobil nömrə vasitəsi ilə ifadə etmək və yaxud sadəcə gözəl bir kombinasiyalı nömrə əldə etmək imkanı müştərilərin əldə etdiyi nömrələrə əlavə dəyər qatacaq. Bütün bunlar isə Azərbaycanın ən üstün mobil şəbəkəsi (“Ookla” şirkəti tərəfindən keçirilmiş sınaqlara əsasən) və rahat müştəri xidmətlərindən istifadə etmək imkanı yaradır.

“Yeni “099” prefiksi vasitəsilə biz istifadəçilərə çox xüsusi və fərdi nömrələr əldə etmək üçün daha geniş imkanlar təklif edəcəyik və bu nömrələri ölkənin ən üstün mobil şəbəkəsində (Ookla şirkəti tərəfindən keçirilmiş sınaqlara əsasən) istifadə etmək onlara əlavə üstünlüklər qazandıracaq. Müştərilərimizə ən yüksək keyfiyyətli müştəri təcrübəsi ilə təmin etməyə yönəlmiş fəaliyyətimizi davam edəcəyik”, - deyə “Bakcell”in baş icraçı direktoru Rainer Ratgeber bildirib.

Yeni “099” prefiksi ilə başlayan fərdi mobil nömrəni əldə etmək üçün “Bakcell”in istənilən diler mağazasına getmək və ya nomre.bakcell.com internet səhifəsindən istifadə etmək olar.

Qeyd edək ki, “099”la başlayan nömrələr aylıq abunə haqqı ilə təklif olunan aşağıdakı tariflərdən biri ilə aktivləşdirilir: “CIN5”, “DaimOnline6”, “DaimOnline10”, “Klass L”, “Klass XL”, “Klass XXL”, “Klass 3XL”.

pia.az


Etiket: “Bakcell”


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Ən çox oxunanalar