Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Eksternat imtahanlarının nəticələri bəlli olub

Bakı şəhəri üzrə keçirilən eksternat imtahanlarının nəticələri açıqlanıb...

Bakı şəhər Təhsil İdarəsindən  bildirilib ki, əvvəlki illərdə ümumi orta (IX) və tam orta (XI) təhsil səviyyələrini başa vura bilməyən şəxslər üçün təşkil olunan imtahana hər iki səviyyə üzrə ümumilikdə 847 nəfər qatılıb.

Eksternat imtahanlarında ümumi orta təhsil səviyyəsi üzrə 109 nəfər, tam orta təhsil səviyyəsi üzrə 348 nəfər uğur qazanıb.

Tam orta təhsil səviyyəsi üzrə eksternlər 2 gün ərzində hərəsində 10 sual olmaqla 11 fənn, ümumi orta təhsil səviyyəsi üzrə isə hərəsində 10 sual olmaqla 12 fənn üzrə imtahan veriblər.

Qeyd edək ki, hər iki səviyyə üzrə rus bölməsində təhsil almış şəxslər əlavə olaraq daha 1 fəndən də (Azərbaycan dili) sınaqdan keçiblər.

İmtahanlarda uğur qazanmış şəxslər barədə məlumatlar “Şagird-məzun” sisteminə daxil edilib.

Növbəti mərhələdə Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi buraxılış imtahanlarında iştirak etmiş eksternlər müvafiq olaraq ümumi orta və tam orta təhsil haqqında attestat ala biləcəklər.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

İcra başçısı keçirdiyi tenderdə oğlunu qalib elan etdi    

Ukrayna Prezidenti Rusiya ilə danışıqlara hazır olduğunu bildirib

Prezident İlham Əliyev Şirvan suvarma kanalının təməlini qoyub    

Səudiyyə Ərəbistanının İranın İsrailə hücumlarının qarşısının alınmasında iştirakı təkzib edilib - Yenilənib

Aktyor Azər Baxşəliyev: “Böyrək problemim var, donor tapılsa...” - Video

Avtomobilinizi sığorta edərkən diqqətli olun – Ən çox şikayət olunan şirkətlər

Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən baş redaktor və müxbir həbs edilib

İlkin Süleymanovun məhkəməsi dayandırıldı: Hakim dəyişdirilir

Ən çox oxunanalar