Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dünyada səhvən, yaxud qəsdən vurulan sərnişin təyyarələri 

Yanvarın 8-də İranda qəzaya uğrayan Ukrayna sərnişin təyyarəsi ilə bağlı xəbərlər gündəmi zəbt edib...

İran tərəfinin verdiyi açıqlamada isə təyyarənin səhvən vurulduğu bildirilib.

PİA.az ted.az-a istinadən səhvən, yaxud qəsdən vurularaq böyük insan təlafatına səbəb olmuş bir neçə təyyarə haqqında məlumatları oxucularına təqdim edir:

Liviyaya məxsus "Arab Airlines" aviaşirkətinin "Boinq-727" təyyarəsi 1973-cü ildə qum fırtınasına düşüb. Təyyarə fırtınanın təsirilə Sinay yarmadasına doğru yön alıb. Bu zaman İsrailə məxsus 2 "Air force F-4" qırıcısı təyyarənin qarşısını kəsmək üçün xəbərdarlıq atəşi açıb. Sərnişin təyyarəsi xəbərdarlıq atəşindən sonra istiqamətini qərbə çevirib. Hərbi təyyarələrin pilotları isə bunu qaçış kimi dəyərləndirərək atəş açıblar. Nəticədə sərnişin təyyarəsindəki 113 nəfərdən 108-i həlak olub.

1980-cı il iyulun 27-də 81 nəfəri daşıyan İtaliyaya məxsus "İtavia" aviaşirkətinin DC-9 sərnişin təyyarəsi Tirren dənizinə düşüb. Sərnişinlərdən sağ qalan olmayıb. Əvvəlcə qəza səbəbi texniki problemlər göstərilsə də, digər versiya Fransa qırıcılarından atılan raketlə təyyarənin vurulmasıdır.

Sovet qırıcısı 1983-cü ilin sentyabrın 1-də Yapon dənizi üzərində Cənubi Koreyanın "Boinq-747"sini vurub. 269 nəfər həlak olub. Səbəb kimi təyyarənin SSRİ hava məkanını pozması göstərilib.

1988-ci ilin 3 iyulunda ABŞ kreyseri "Vinsennes" Fars körfəzi üzərində İran Air" şirkətinə məxsus Airbus A300B2-203 sərnişin təyyarəsini hədəfə alıb. İnsidentdə 66-sı uşaq olmaqla, 290 nəfər həlak olub. ABŞ hökuməti sərnişin təyyarəsinin səhvən F-14 qırıcı təyyarəsi kimi qeydə alındığını açıqlayıb. İran hökuməti isə kreyser komandanlığının qəsdən bu addımı atdığını irəli sürüb.

Təl-Əviv-Novosibirsk reysi ilə uçan "Sibir" aviaşirkətinə məxsus "Tu-154" 2001-ci ilin 4 oktyabrında Qara dəniz üzərində Ukrayna Ordusunun açdığı təlim atəşi nəticəsində S-200 raket kompleksi ilə vurulub. 66 sərnişin, 12 ekipaj üzvü həlak olub. Rusiya tərəfi isə hadisəni terror aktı kimi qiymətləndirib.

2014-cü ilin 17 iyulunda Ukraynanın Donetsk bölgəsində Malayziyaya məxsus sərnişin təyyarəsi qəzaya uğrayıb. Əvvəlcə nəqliyyat vasitəsinin texniki problemlərə görə qazaya uğradığı deyilsə də, sonradan aydın olub ki, layner Rusiyadan gətirilən "Buk" raket kompleksi ilə vurulub.

İnsident nəticəsində sağ qalan olmayıb. 298 nəfər (283 sərnişin, 15 ekipaj üzvü) həlak olub. Rusiyayönümlü seperatçılar təyyarənin vurulmasına görə, məsuliyyəti öz üzərilərinə götürüblər. Rusiya tərəfi isə hadisə ilə bağlı bütün ittihamları rədd edir.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən çox oxunanalar