Çərşənbə, 22 Yanvar 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

Gürcüstan-Azərbaycan sərhədində insident baş verib

Gürcüstan-Azərbaycan sərhədinin razılaşdırılmamış hissəsində insident baş verib...

APA-nın yerli bürosu Gürcüstanın İctimai kanalına istinadən xəbər verir ki, yanvarın 14-də baş verən insident zamanı bir Gürcüstan vətəndaşı odlu silahdan istifadə edərək Gürcüstan sərhəd keşikçilərini hədələyərək razılaşdırılmamış hissələrə keçməyə cəhd göstərib. İnsidentin qarşısının alındığı bildirilir.

Gürcüstan Daxili İşlər Nazirliyi baş verən insidentlə bağlı məlumat yayıb. Xəbərə görə, nazirliyin Sərhəd Polisi əməkdaşları qanunsuz olaraq odlu silah əldə etmə, saxlama və girov götürmə ittihamları ilə Gürcüstan vətəndaşı Gİ-ni saxlayıb. Bildirilib ki, yanvarın 14-də Gürcüstan vətəndaşı G.İ. odlu silah və qumbaradan istifadə etməklə hədələyərək Gürcüstan sərhəd keşikçilərini Gürcüstan-Azərbaycan sərhədinin mübahisəli bölgəsinə keçməyə məcbur edib. İnsident zamanı G.İ.-nin bir neçə dəfə atəş açdığı da bildirilib. Məlumata görə, Gürcüstan sərhəd keşikçilərinin səmərəli işi nəticəsində silahlı şəxs saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb.

Gürcüstan Daxili İşlər Nazirliyi azərbaycanlı həmkarlarına hadisə ilə əlaqədar səmərəli əməkdaşlığa görə təşəkkür edib.

pia.az

 

Hostimul.com
Paylaşılan hostinq, fiziki server, VPS və ya reseller hostinqa ehtiyacınız olarsa, təklif etdiyimiz hostinq xidmətləri ilə nəinki layihənizə uyğun bir hostinq məhsulu seçib, həm də veb-saytınızı lazımi qorunma ilə təmin edə bilərsiniz. Ətraflı məlumat üçün daxil olun: https://hostimul.com/az/hosting-azerbaycan/

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627

Etiket: sərhəd

Şərh yazın.


loading...

Ən çox oxunanalar