Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Trampın “müharibə baltası” havadan asılı qaldı...

İran Süleymani sui-qəsdinə eyni dərəcədə ağır bir cavab verməməklə neoconların “provokasiya ssenarisi”ni hələlik puç edib...

Abdullah Muradoğlu

“Yeni Şafak” qəzeti, Türkiyə, 14 yanvar 2020-ci il

ABŞ prezidenti Donald Tramp Bağdadda keçirilən əməliyyatda öldürən iranlı general Qasım Süleymaninin Bağdad da daxil olmaqla, bölgədəki 4 ABŞ səfirliyinə hücum etmək istədiyini iddia edir. Tramp adminstrasiyası da Süleymaninin ABŞ üçün çox təhdid yaratdığını müdafiə edirdi. Sui-qəsddən hələ 2 həftə keçməmiş bu müdafiə çöküb.

Keçən çərşənbə günü ABŞ Müdafiə naziri Mark Esper, Xarici İşlər Mayk Pompeo, Baş Qərargah rəisi Mark Mili və MKİ rəhbəri Cina Haspelin ABŞ Konqresində keçdikdikləri məlumatlandırma toplantısı fiaskoya uğrayıb. Respublikaçı senat Mayk Li belə bu brifinqin 9 illik senat həyatında gördüyü ən bərbad brifinq olduğunu demişdi.

Yenidən qeyd edək ki, Tramp adminstrasiyası bu böyük təhdid məsələsində bir dənə də olsun ciddi dəlil göstərə bilmədi. Əvvəlki yazılarda brifinqdə iştirak edən Demokratların Mili və Esperin sui-qəsdlə bağlı çıxışlarına görə narahat olduqlarını qeyd etmişdim. Bu narahatlığın səbəbi əllərində hər hansı bir dəlilin olmaması idi.

Məsələn, “CBS News” televiziyasında Marqaret Brinenin proqramında çıxış edən Müdafiə naziri Esper “böyük təhdid” məsələsi ilə bağlı əllərində konkret bir məlumat olmadığını etiraf edib. Lakin bu etirafa baxmayaraq, Esper də Tramp kimi düşündüyünü bildirib. Yüksək nümayəndəlikdən gələn bu etiraf Süleymani sui-qəsdinin tamamilə ehtimallar üzərində inşa edildiyini göstərir. Üstəlik, heç bir ABŞ səfirinə hücum təhdidinə qarşı xəbərdarlıq edilmədiyi ortaya çıxıb.

Bir digər ziddiyyət isə budur ki, Trampın Milli Təhlükəsizlik Müşaviri Robert O'Brien bu sui-qəsdin İranla müzakirə ehtimalını gücləndirəcəyini açıqlayıb. İranın ən məşhur generallarından birini ortadan qaldıraraq və sonradan sanksiyaları ağırlaşdıraraq müzakirə ehtimalını gücləndirmək mümkündürmü? İranın Süleymani sui-qəsdinə hücumla cavab verməsindən sonra nələr ola biləcəyini indi özünüz düşünün. Bəlkə də, Trampın ətrafındakı “neocon şahinlər”in istədiyi elə bu idi.

Ssenariyə görə, ABŞ İranın ona hücum etməyə məcbur edəcək və ABŞ da buna qarşılıq verəcək. Bu hücumların sayı da artacaq və beləcə, ABŞİran arasında müharibə başlayacaq. ABŞ mediasında yer alan şərhlərdə neoconların müharibə ssenarisi bu şəkildə izah olunur. Trampın İran Nüvə Müqaviləsindən ABŞ-ı çıxarması da ssenariyə daxil edilir.

Süleymani sui-qəsdindən bir gün əvvəl Yəməndə də iranlı general Əbdürza Şahlainin hədəf alındığı bir hava əməliyyatı keçirilib. Lakin bu əməliyyat uğursuz olub. Demokratlar bu sui-qəsdlərin böyük bir ssenarinin hissələri olduğunu düşünürlər. Buna əsasən, Tramp adminstrasiyası İran İnqilab Keşikçiləri Ordusunu “terror təşkilatı” elan edərək ona sui-qəsd etmək üçün bəhanə yaradıb. Demokratlar qeyd edir ki, başqa bir dövlətin ordusuna qarşı olan bu cür davranış Konstitusiyanın Konqresə verdiyi müharibə elan etmək səlahiyyətindən sui-istifadə etməkdir.

İndi Demokratlarla Rand Paul və Mayk Li kimi müharibə əleyhinə olan Respublikaçı senatlar Tramp rəhbərliyinin İrana qarşı hərbi hücumlar etməsinə mane olmaq üçün bir qanun layihəsi üzərində işləyirlər. Demokratların prezident namizədlərindən Berni Senders Twitter-də yayımladığı bir mesajda Respublikaçı senat Li ilə işləməkdən qürur duyduğunu deyib. Konstitusiyanın müdafiə etməyin partizan məsələsi olmadığını deyən Senders İranla müharibənin qarşısını almaq üçün iki partiyalı qərarlar verəcəklərini bildirib.

İran Süleymani sui-qəsdinə eyni dərəcədə ağır bir cavab verməməklə neoconların “provokasiya ssenarisi”ni hələlik puç edib. Təbii ki, Amerikanın neoconları və İsrail başda olmaqla, bölgədəki digər sponsorlar da boş dayanmayacaqlar.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Səhər yeməyi və şirinçayla bağlı mütəxəssisdən ilginc açıqlama

Ən çox oxunanalar