Çərşənbə axşamı, 28 Yanvar 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

İran Trampı beynəlxalq məhkəməyə verəcək – Süleymaninin öldürülməsi hüquqi müstəviyə daşınır...

Tehranın beynəlxalq hüquq sahəsində Vaşinqtona qarşı uğur qazanması mümkündür?..

Politoloq: “Zənn etmirəm ki, İran beynəlxalq məhkəmələrdə Trampa qarşı uğur qazana biləcək”.

“Bütün dünya Süleymaninin bu vaxta qədər törətdiyi müxtəlif terror hadisələrini bilir. Buna görə də Qasim Süleymaninin törətdiyi müxtəlif terror hərəkətlərini üst-üstə gələndə İranın beynəlxalq məhkəmələrdə qalib gəlməsi mümkünsüzdür”.

Bu sözləri politoloq Qabil Hüseynli İranın Süleymaninin ölümünə görə ABŞ prezidenti Donald Trampı məhkəməyə verəcəyini və bunun nəticələrini PİA.az-a şərh edərkən qeyd edib.

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) “Qüds” qüvvələrinin rəhbəri olmuş general Qasım Süleymaninin öldürülməsi əmrini verdiyinə görə ABŞ Prezidenti Donald Trampı məhkəməyə verəcək. Bu barədə İran Ali Məhkəməsinin sədri İbrahim Rəisi bildirib.

“Biz ABŞ Prezidentini əsas təqsirləndirilən şəxs kimi qəbul edirik”, - deyə İran Ali Məhkəməsinin sədri vurğulayıb.

Onun sözlərinə görə, bu məsələ ilə İran Ali Məhkəməsinin nəzdində İnsan Hüquqları Şurası və Xarici İşlər Nazirliyi məşğul olmalıdır.

Ali Məhkəmənin sədri bununla bağlı hansı beynəlxalq təşkilata müraciət ediləcəyi haqda məlumat verməyib.

ABŞ-ın baş prokuroru Uilyam Barr isə Trampın Süleymanini məhv etmək hüququ olduğunu bildirib.

Xatırladaq ki, yanvarın 3-də gecə Bağdad aeroportu yaxınlığında ABŞ pilotsuz uçuş aparatından endirilən zərbə nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun xüsusi təyinatlı “Qüds” Qüvvələrinin komandanı general Qasim Süleymani, Hüseyn Pur Cəfəri, Şəhruz Müzəffərinia, Hadi Taremi, Vəhid Zamaninia və İraqın könüllü “Həşdi-Şaabi” qruplaşmasının komandir müavini Əbu Mehdi Əl-Mühəndis daxil olmaqla, 10 nəfər öldürülüb.

İranın Trampa qarşı beynəlxalq məhkəmələrdə uğur qazanması mümkün görünürmü?

Mövzunu PİA.az-ın əməkdaşı sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli ilə müzakirə edib.

Qabil Hüseynli: “Qasim Süleymaninin öldürülməsi ilə bağlı hər hansı hüquqi araşdırmanın aparılmasını yalnız İranın öz hüquq mühafizə orqanları edə bilər”.

İran beynəlxalq ictimai rəyi çaşdırmaqla məşğul olduğunu düşünən politoloq bildirib ki, beynəlxalq aləmdə Süleymaninin öldürülməsi məsələsinə hamı loyal yanaşır. Hətta beynəlxalq aləmdə bu məsələnin belə olacağını da təxmin edirdilər.

“Zənn etmirəm ki, İran beynəlxalq məhkəmələrdə Trampa qarşı uğur qazana biləcək. Həmçinin beynəlxalq məhkəmələrin İranın Trampa qarşı bu iddialarını qəbul edəcəyini də mümkün görmürəm. Adamdan soruşarlar ki, Qasim Süleymaninin Bağdad da nə işi var idi?

Bütün dünya Süleymaninin bu vaxta qədər törətdiyi müxtəlif terror hadisələrini bilir. Buna görə də Qasim Süleymaninin törətdiyi müxtəlif terror hərəkətlərini üst-üstə gələndə İranın beynəlxalq məhkəmələrdə qalib gəlməsi mümkünsüzdür.

Qeyd edim ki, İran yalniz piyarla məşğuldur. Həmçinin İran beynəlxalq ictimai rəyi çaşdırmaqla məşğuldur. Qasim Süleymaninin öldürülməsi ilə bağlı hər hansı hüquqi araşdırmanın aparılmasını yalnız İranın öz hüquq mühafizə orqanları edə bilər. Amma beynəlxalq aləmdə Süleymaninin öldürülməsi məsələsinə hamı loyal yanaşır. Hətta beynəlxalq aləmdə bu məsələnin belə olacağını da təxmin edirdilər”.

Nərminə UMUDLU
pia.az

Hostimul.com
Paylaşılan hostinq, fiziki server, VPS və ya reseller hostinqa ehtiyacınız olarsa, təklif etdiyimiz hostinq xidmətləri ilə nəinki layihənizə uyğun bir hostinq məhsulu seçib, həm də veb-saytınızı lazımi qorunma ilə təmin edə bilərsiniz. Ətraflı məlumat üçün daxil olun: https://hostimul.com/az/hosting-azerbaycan/

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627



loading...

Ən çox oxunanalar