Çərşənbə, 22 Yanvar 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

Haftar atəşkəs razılaşmasını imzalamamasının səbəblərini açıqlayıb

Liviya Milli Ordusunun (LMO) rəhbəri marşal Xəlifə Haftar Moskvada Liviya Milli Razılıq Hökumətinin Baş Naziri Faiz Səracla atəşkəs razılaşmasını imzalamamasının səbəblərini açıqlayıb...

APA-nın “Al Arabiya” telekanalına istinadən verdiyi xəbərə görə, X. Haftar bildirib ki, ona təklif edilən sənədin layihəsində LMO-nun əksər tələbləri nəzərə alınmayıb.

“Atəşkəs razılaşmasının layihəsində Liviya Milli Ordusunun əksər tələbləri nəzərə alınmayıb”, - deyə X. Haftar vurğulayıb.

"Sky News Arabia” telekanalının yaydığı məlumatda bildirilib ki, X. Haftar Moskvada keçirilən görüşlərdə onun qüvvələrinin Tripolidə yerləşdirilməsinə və Tobrukda oturan parlamentin etibarını qazanacaq milli birlik hökumətinin yaradılmasına təkid edib.

Türkiyənin iştirakı olmadan atəşkəs rejiminə riayət edilməsi ilə bağlı beynəlxalq monitorinqin aparılmasına çağırış edən X. Haftar Suriya və Türkiyədən gətirilən döyüşçülərin qeyd-şərtsiz ölkədən çıxarılmasını da tələb edib.

Qeyd edək ki, ötən həftə Türkiyə Prezidenti Rəcəb Tayyib ƏrdoğanRusiya Prezidenti Vladimir Putin Liviyadakı bütün tərəfləri 12 yanvar saat 00:00-dan etibarən döyüşləri dayandırmağa çağırıblar. Bundan sonra marşal Xəlifə Haftarın rəhbərlik etdiyi Liviya Milli Ordusu (LMO) və Liviya Milli Razılıq Hökuməti atəşkəs elan ediblər.

Ötən gün isə Moskvada Rusiya və Türkiyənin Xarici İşlər və Müdafiə nazirlərinin vasitəçiliyi ilə Liviya Milli Razılıq Hökumətinin Baş Naziri Faiz Sərac və Liviya Milli Ordusunun (LMO) rəhbəri marşal Xəlifə Haftar arasında görüş keçirilib.

Liviya Milli Ordusunun (LMO) komandiri Xəlifə Hafta Liviyanın Milli Razılıq Hökumətinin Baş Naziri Faiz Sarracla atəşkəs razılaşmasını imzalamadan Moskvadan ayrılıb.

pia.az

Hostimul.com
Paylaşılan hostinq, fiziki server, VPS və ya reseller hostinqa ehtiyacınız olarsa, təklif etdiyimiz hostinq xidmətləri ilə nəinki layihənizə uyğun bir hostinq məhsulu seçib, həm də veb-saytınızı lazımi qorunma ilə təmin edə bilərsiniz. Ətraflı məlumat üçün daxil olun: https://hostimul.com/az/hosting-azerbaycan/

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627

Etiket: Xəlifə Haftar


loading...

Ən çox oxunanalar