Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Səfər Əbiyevin oğlu 19 milyonluq əmlaka necə sahib oldu?

Hazırda Çexiyada yaşadığı bildirilən keçmiş müdafiə naziri Səfər Əbiyevin böyük oğlu Ruslan Əbiyev də artıq 4 ildən çoxdur ki, Azərbaycanı tərk edib və İstanbulda, məşhur Laləli prospektində otelçilik şirkətini idarə edir.

Jurnalist Hafiz Babalının araşdırmasına görə, Ruslan Əbiyev İkiem Altın Otelcilik ve Turizm Ticaret Anonim Şirkətində əsas payları 2015-ci ilin dekabr ayında Azərbaycan vətəndaşları İmran Əhməd oğlu Məmmədovdan və İlham İbrahimovdan satın alıb. Şirkətin İdarə Heyətinə sədr seçiləndən 4 ay sonra onun kapitalını 11 milyon lirədən 19 milyon lirəyə qaldırıb.

Hazırda şirkətin 15,2 milyon lirə dəyərində səhmləri ona məxsusdur. 2019-cu ilin sonunda İkiem Altın Otelcilik ve Turizm Ticaret A.Ş. Hayriyye Tüccari, 33 ünvanından yaxınlıqdakı Laləli, 43 ünvanına köçüb. Hər iki ünvanda çoxsaylı ticarət və xidmət obyektləri fəaliyyət göstərir. Türkiyənin rəsmi mənbələrinə görə, Ruslan Əbiyev hələ də Bakıdakı "Qızıl Şərq” hərbi şəhərciyindəki mənzilində qeydiyyatdadır.

Bakıda onun Nəcəf bəy Vəzirov küçəsindəki mənzillərdən birində dövlət qeydiyyatına alınmış bir şirkəti də var. "Erebus” MMC-ni yaradarkən onun 22 yaşı vardı. 2015-ci ilin əvvəlində yerli media Ruslanın vergi orqanlarında çalışdığını yazırdı. Lakin indi vergi xidmətində bu adda şəxs yoxdur. Deyəsən, o da Azərbaycanı həmişəlik tərk edib.(yeni sabah)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar